Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1143/2023 27.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin Təhqiqat hüquq qrupunun rəisi ədliyyə baş leytenantı X5, müdafiəçi X6 və tərcüməçi X3 iştirakı ilə, İran İslam Respublikasının vətəndaşı olan Şəxs barəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sərhəd pozucusu kimi saxlanılmış və X12 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 26 dekabr 2023-cü il tarixli protokol və toplanmış materiallar Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və X12 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs verdiyi izahatında göstərdi ki, o, 01 fevral 1988-ci il tarixdə İran İslam Respublikasının Parsabad şəhərində anadan olmuşdur. İran İslam Respublikasının vətəndaşıdır. İran İslam Respublikasının Parsabad şəhərində yaşamış və əkunçilik işləri ilə məşğul olmuşdur. İşləmək üçün sənədlərinin qaydasında olmamasından qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə gələrək 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş, geçəni meşədə qalmışlar, sonra isə sərhədçilər tərəfindən saxlanılmışıdr. Məhkəmə iclasında çıxış edən müdafiəçi X1 Siyamək Səmədulla oğlu barəsində tutmanın tətbiq olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə X12 Respublikasının vətəndaşı kimi təqdim edən X2 izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, Şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarınagörə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X12 Respublikasının vətəndaşı kimi təqdim edən X4 vətəndaşı kimi təqdim edən, deməsinə görə 01 fevral 1988-ci il tarixdə İran İslam Respublikasının Parsabad şəhərində şəhərində anadan olmuş, 01 fevral 1988-ci il tarixdə İran İslam Respublikasının Parsabad şəhərində yaşayan Şəxs 3 (üç) gün müddətə inzibati qaydada tutulsun. Tutmanın əvvəli 26 dekabr 2023-cü il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-1143/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1143/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver