Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1144/2023 27.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin tədqiqatçısı X3, müdafiəçi X4 və tərcüməçi X2 iştirakı ilə, Deməsinə görə İran İslam Respublikasının vətəndaşı olan Şəxs barəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə Müəyyən etdi : Sərhəd pozucusu kimi saxlanılmış və X11 Respublikasının vətəndaşı kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı Şəxs inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 26 dekabr 2023-cü il tarixli protokol və toplanmış materiallar Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və X11 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs verdiyi izahatında göstərdi ki, o, 02 fevral 1968-cı ildə İran İslam Respublikasının Parsabad şəhərinin Ağdam kəndində anadan olmuşdur. Ona tanımadığı adamlar pul müqabilində dərmanları sərhədin bu tayına keçirməyi təklif ediblər. O, da razılaşmı və sərhədi keçəndən sonra ona məlum olub ki, dərman əvəzinə ona narkotik veriblər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında çıxış edən müdafiəçi X1 Qulamrza Qaçaq barəsində tutmanın tətnbiq olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə X11 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs Qaçağın izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, Şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarınagörə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X11 Respublikasının vətəndaşı kimi təqdim edən, deməsinə görə 02 fevral 1968-cı ildə İran İslam Respublikasının Parsabad şəhərinin Ağdam kəndində anadan olmuş, İran İslam Respublikasının Parsabad şəhərinin Ağdam kəndində yaşayan Şəxs 3 (üç) gün müddətə inzibati qaydada tutulsun. Tutmanın əvvəli 26 dekabr 2023-cü il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-1144/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1144/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver