Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-859/2024 09.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin zabiti, kapitan X3, Şəxs, müdafiəçi Vəkil və tərcüməçi X2 iştirakı ilə, Əfqanistan İslam Respublikasının vətəndaşı olan Şəxs barəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Sərhəd pozucusu kimi saxlanılmış və X6 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 07 oktyabr 2024cü il tarixli protokol və toplanmış materiallar Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin zabiti, kapitan X4 vermiş olduğu izahatında göstərdi ki, DSX SQ, Astara rayon ərazisində yerləşən N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının xidməti ərazisindən xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində 13cü SZ-nın sağ cinahı 8-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədini pozmuş Əfqanıstan İslam Respublikasının Kabhisar şəhər sakini xx.xx.2009-cu il təvəllüdlü Şəxs sərhəd pozma faktı üzrə şəxsiyyətini tam şəkildə müəyyən edilməsi üçün hazırda tərəflərindən zəruri tədbirlər davam etdirilir. Qeyd olunan şəxslərin şəxsiyyətlərinin araşdırması ilə əlaqədar əməliyyat tədbirləri davam etdirilməsi məqsədilə 3 (üç) gün müddətində inzibati qaydada saxlanılması üçün müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və X6 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs verdiyi izahatında göstərdi ki, o, 27 yanvar 2009-cu ildə Əfqanistan İslam Respublikasının Kabhisar şəhərində anadan olmuşdur. Əfqanistan İslam Respublikasının vətəndaşıdır. Əfqanistan İslam Respublikasında maddi durumları yaxşı olmadığı və işsizlik səbəbindən İran İslam Respublikasına gedərək orada işləmək qərarına gəlib. X9 Respublikasında iş tapa bilmədiyindən həmin ərazidə tanımadığı şəxslər ona Azərbaycan Respublikasında daha yaxşı iş olduğunu söyləmişlər. O da bu səbəbdən sənədlərinin qaydasında olmamasından qeyriqanuni yolla Azərbaycan Respublikası ərazisinə gələrək 07 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş, nəticədə sərhədçilər tərəfindən saxlanılmışıdr. Məhkəmə iclasında çıxış edən müdafiəçi Əbilov X1 Cavid İsa oğlu barəsində tutmanın tətbiq olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materialına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə X6 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs və Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin zabiti X3 izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, Şəxs on səkkiz yaşına çatmadığından inzibati qaydada tutulmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 30-cu maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarınagörə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Respublikasının vətəndaşı kimi təqdim edən, deməsinə görə 27 yanvar 2009-cu ildə Əfqanistan İslam Respublikasının Kabhisar şəhərində anadan olmuş, Əfqanistan İslam Respublikasının Kabhisar şəhərində yaşayan Şəxs inzibati qaydada tutulmasından imtina edilsin. Əfqanistan İslam Respublikasının Kabhisar şəhərində yaşayan Şəxs dərhal azad edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-859/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-859/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver