Məhkəmə qərarları › İş №3(019)-374/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-374/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-374/2021 02.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Qax regional ərazi şöbəsinin nümayəndəsi-həmin şöbənin baş əmək müfəttişi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 469.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Qax regional ərazi şöbəsinin əmək müfəttişi X33 tərəfindən "X37" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 15 noyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil "X37" Məhdud Məsuliyyətli Cəmiyyətini Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinə 26 oktyabr 2021-ci il tarixli məktubla müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hisssinə əsasən işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi, bu məqsədlə «Əmək müqaviləsi bildirişi» altsistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqaviləsi üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edilməsi, müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə «Əmək müqaviləsi bildirişi»altsisteminin müqayisəli təhlili nəticəsində tərəflərindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı göstərilərək, həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 15 noyabr 2021-ci il tarixdə saat 14.00-da X25 Xidməti Aparatına dəvət olunmuşdur. Həmin məktub alındıqdan sonra 10 noyabr 2021-ci il tarixdə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə “X37” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında elektron qaydada 18 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmiş, bununla bağlı X16 məlumat verilmişdir. “X37” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X12 əməkdaşı olan Səlimova Təranə adlı şəxslə 13 noyabr-16 noyabr 2021-ci il tarixlərdə onun iş nömrəsi olan ********** nömrəli xidməti telefonu vasitəsi ilə əlaqə saxlanılaraq, işçilərlə sığorta müqaviləsinin bağlanılmasının təmin edilməsi bildirilmişdir. Həmin əməkdaş isə X25 Xidmətinin rəis müavini Orxan Hüseynzadəyə inzibati iş üzrə icraata başlamamaq barədə köməklik göstərilməsinə dair müraciət ünvanlamağı, həmin müraciətə qəbzi, ödəniş tapşırığını və cədvəli göndərməyi xahiş etmişdir. “X37” Məhdud Məsuliyyətli Cəmiyyəti də həmin sənədləri hazırlayaraq X16 göndərilməsini təmin etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron informasiya sisteminə və «Əmək müqaviləsi bildirişi»nin altsisteminə baxılsaydı, onda təmsil etdiyi cəmiyyətinin işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlandığı və nəticədə X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibinin olmadığ görünərdi. X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində İXM-nin 469.2-ci maddəsilə əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Halbuki İXM-nin 53.0.2-ci maddəsinə əəsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Qax regional ərazi şöbəsinin 15 noyabr 2021-ci il tarixli protokolu əsassızdır. Buna görə də "X37" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Qax regional ərazi şöbəsinin nümayəndəsi-həmin şöbənin baş əmək müfəttişi Nümayəndə göstərmişdir ki, "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamış, nəticədə həmin məlumatlarda inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması məqsədilə "X37" Məhdud Məsuliyyətli Cəmiyyəti 15 noyabr 2021-ci il tarixdə saat 14:00-da X25 Xidməti aparatına dəvət olunmuşdur. Lakin «X37" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında 10.11.2021-ci il tarixdə 18 işçi ilə bağlı elektron qaydada İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilənin bağlanması və "X37" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12.11.2021-ci il tarixdə istehsalatda bədbəxt hadisələrin sığortalanması ilə bağlı 39 manat ödənilməsi barədə məlumatları olmamışdır. Həmin vaxt elektron sistem işləmədiyi üçün onlar elektron sistemə daxil ola bilməmişlər. Lakin cəmiyyətinin elektron informasiya sisteminin və «Əmək müqaviləsi bildirişi» altssisteminin həmin vaxt işləməməsi və bu səbəbdən həmin sistemə daxil ola bilməmələri barədə hər hansı sübut təqdim edə bilmir. Ona görə də "X37" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunur. "X37" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qanuni qərar verilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Qax regional ərazi şöbəsinin nümayəndəsi-həmin şöbənin baş əmək müfəttişini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədlərə hüquqi qiymət verməklə hesab edir ki, inzibati xəta tərkibinin olmaması əsası ilə hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin «X37» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanladığı 26 oktyabr 2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə «Əmək müqaviləsi bildirişi» altsistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqaviləsi üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edilmişdir. Müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə «Əmək müqaviləsi bildirişi» altsisteminin müqayisəli təhlilləri nəticəsində tərəflərindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 15 noyabr 2021-ci il tarixdə saat 14:00-da X25 Xidmətinin aparatına (Bakı şəhəri, Yasamal rayonu, M.Naxçivani 25A, 2-ci mərtəbə, otaq 20. Əlaqə:*** *** ** **, daxili 6023) dəvət olunurlar. Nəzərlərinə çatdırılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iş üzrə onda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Məlumatları olsun ki, əməllərində inzibati xəta əlamətləri aşkarlanarsa, gəlmədikləri halda araşdırmanın müddətinin onlara vaxtında bildirilməsini nəzərə alaraq, barələrində inzibati xəta haqqında protokol tərtib olunacaqdır. İş materiallarına əlavə edilmiş 10.11.2021-ci il tarixli «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqaviləsi»nə qoşmadan görünür ki, "X37" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında "X37" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri X7, X3, X8, X6, X9, X10, X19, X20, X13, X4, X11, X27, X24, X5, X14, X15, X21 və X22 ilə bağlı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilə bağlanmış və elektron sistemə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 12.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "X37" Məhdud Məsuliyyətli Cəmiyyəti istehsalatda bədbəxt hadisələrin sığortalanması üçün 39 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə əsasən Bu Qanunun Xüsusi bölməsində icbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə həm də hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla)… «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 4.0-cı maddəsinə əsasən bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: 4.0.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; 4.0.2. dövlət orqanları; 4.0.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; 4.0.4. seçkili orqanlar; 4.0.5. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 11.2, 11.3 və 11.4-cü maddələrinə əsasən icbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə maliyyə bazarlarına nəzarət orqanının verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər; sığortalı bu Qanunun 11.1-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sığortaçını seçməkdə sərbəstdir. Sığortaçı icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz; icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir; icbari sığorta müqaviləsi sığorta olunanın və ya faydalanan şəxsin vəziyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunla müəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığorta olunan və ya faydalanan şəxs qarşısında bu Qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığortaçıların icbari sığorta üzrə fəaliyyətinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. Qanunvericliyin tələbindən görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlanmalıdır. Qanunvericilikdə həmin müqavilənin konkret olaraq hansı vaxtda bağlanmalı olması göstərilməmiş, müqavilənin 1 il müddətinə bağlanmalı olması qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İXM-nin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası İXM-nin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İşdəki sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin rəis müavini Orxan Hüseynzadə “X37” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanına 26 oktyabr 2021-ci il tarixli məktub ünvalayaraq, X1 X2 qüvvədə olan aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən 15 noyabr 2021-ci il tarixdə inzibati araşdırma başlanmazdan əvvəl «X37» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10 noyabr 2021-ci il tarixli QH********** nömrəli müqavilə ilə 18 aktiv əmək müqaviləsi üzrə işçilər icbari sığortalanmışdır. Yəni müfəttişliyin xəbərdarlığı əsasında «X37» Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri sığortalanmış, bu problem aradan qaldırılmış və bu barədə X25 Xidməti məlumatlandırılmışdır. Lakin X25 Xidməti bundan sonra inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad çıxarmaq əvəzinə formal inzibati araşdırma aparmağa başlamışdır. Halbuki göstərilən hal inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal hesab olunur. Belə olan halda X25 Xidməti X37» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad çıxarmalı idi. Belə ki, Azərbaycan Respublikası İXM-nin 99.5-ci maddəsinə əsasən bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. Bundan əlavə X25 Xidmətinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci və 102-ci maddələrinin tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikası İXM-nin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Hazırki işdən isə görünür ki, sözügedən 26 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, əmək müqaviləsi bildirişi alt sisteminin müqayisəli təhlilləri nəticəsində «X37» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməldə inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də, inzibati xətanın törədilməsi faktının olubolmamasının araşdırılması ilə əlaqədar olaraq «X37» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi 15 noyabr 2021-ci il tarixdə saat 14:00-da X25 Xidmətinin Aparatına dəvət olunmuşdur. Qanunun tələbinə görə əgər «X37» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta törədilmişdirsə, onda inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli idi. X25 Xidməti isə icbari sığorta müqaviləsi bağlandıqdan, inzibati xətanın törədilməsinə əsas aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan əlavə isə X25 Xidməti inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılmasına zərurət yaranmadığı halda, inzibati araşdırma aparmışdır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, «X37» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nanunvericliyin tələbinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işçilərlə bağlı 10.11.2021-ci il tarixdə sığortaçı ilə qanunda nəzərdə tutulmuş müddətə qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlanmış, həminin bununla əlaqədar 39 manat ödəniş edilmişdir. Hüquqi şəxs “X37” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Qax regional ərazi şöbəsi və onun inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsi yuxarıda gəlinən nəticənin təkzib olunması, «X37» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işçilərlə bağlı sığortaçı ilə qanunda nəzərdə müddətdə qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə icbari sığorta müqaviləsinin bağlanmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Qax regional ərazi şöbəsinin nümayəndəsi-həmin şöbənin baş əmək müfəttişi Nümayəndə, «X37" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında 10.11.2021-ci il tarixdə 18 işçi ilə bağlı elektron qaydada İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilənin bağlanması və «X37" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12.11.2021-ci il tarixdə istehsalatda bədbəxt hadisələrin sığortalanması ilə bağlı 39 manat ödənilməsi barədə məlumatlarının olmamasını bildrib, bunun həmin vaxt elektron sistem işləmədiyi üçün elektron sistemə girməyin mümkün olmaması ilə əlaqələndirsə də, həmin vaxt elektron sistemin işləməməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və belə bir sübutu məhkəməyə təqdim edə bilməməsini qeyd etmişdir. İşdəki sübutlar isə nümayəndənin bu xüsusda bildirdiklərinin tamamilə əsassız olmasını göstərir. Halbuki qanuna görə «X37» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işçilərlə bağlı sığortaçı ilə qanunda nəzərdə müddətdə qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə icbari sığorta müqaviləsinin bağlanmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut etmə vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Qax regional ərazi şöbəsinin və onun inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsinin (əmək müfəttişinin) üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X37” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs “X37” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 112-113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X37” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; hüquqi şəxs “X37” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar