Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1021/2024 27.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X3, X1 iştirakları ilə, Bərdə rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 29 avqust 2024-cü il tarixli qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 29 avqust 2024-cü il tarixli qərar ilə X7 barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X7 həmin qərardan şikayət verərək, qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 Əli oğlu məhkəmyə ərizə verərək, Bərdə rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 29 avqust 2024-cü il tarixli qərar ilə barəsində tətbiq edilmiş cərimə cəzasını ödədiyini bildirərək, şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə X1 ərizəsinin nəzərə alaraq hesab edir ki, Bərdə rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 29 avqust 2024-cü il tarixli qərarından X7 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bərdə rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 29 avqust 2024-cü il tarixli qərarından X7 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1021/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1021/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver