Məhkəmə qərarları › İş №3(023)-391/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-391/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-391/2025 21.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, xx.xx.1988-ci il tarixdə Ağstafa rayonu, Qırılı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu, Qırılı kəndində qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan Şəxs Əlbaba oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Əlbaba oğlunun Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 07 may 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs Əlbala oğlunun (pasport:C********) idarə etdiyi “DAF” markalı, SR777AN/99YF319 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş və sözügedən nəqliyyat vasitəsinə gömrük baxışı aparılan zamanı Şəxs Əlbala oğlunun (pasport:C********) idarə etdiyi “DAF” markalı, SR777AN/99YF319 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının salonunun sağ tərəfin yuxarı hissəsində əşyaları yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqçanın alt hissəsində gizlədilmiş şəkildə üzərində “X1” yazısı olan 110 qutu (11 blok) məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları aşkar olanaraq götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs Əlbaba oğluna işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs Əlbaba oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 08 aprel 2025-ci il tarixli raportdan görünür ki, Şəxs Əlbala oğlunun (pasport:C********) idarə etdiyi “DAF” markalı, SR777AN/99YF319 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş və sözügedən nəqliyyat vasitəsinə gömrük baxışı aparılan zamanı Şəxs Əlbala oğlunun (pasport:C********) idarə etdiyi “DAF” markalı, SR777AN/99YF319 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının salonunun sağ tərəfin yuxarı hissəsində əşyaları yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqçanın alt hissəsində gizlədilmiş şəkildə üzərində “X1” yazısı olan 110 qutu (11 blok) məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları aşkar olanaraq götürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-16/2-7/580/2025 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş məcburi nişanlanma ilə nişanlanmamış, üzərində “X1” yazısı olan 110 qutu (11 blok) tütün məmulatlarının keyfiyyət göstəricilərinin standart tələblərinə uyğun olduğu və 10 (on) qutu üzərində “X1” yazısı olan siqaretlərin ekspertiza tədqiqatına sərf olunduğu qeyd olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 09-T nömrəli rəydən görünür ki, üzərində “X1” yazısı olan 110 qutu (11 blok) məcburi nişanlanma ilə nişanlanmamış siqaretlərin ümumi qiyməti 660 (altı yüz altmış) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs Əlbaba oğlu inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə “DAF” markalı, SR777AN/99YF319 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF” markalı, SR777AN/99YF319 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 660 manat dəyərində üzərində “X1” yazısı olan 110 qutu (11 blok) məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Əlbaba oğlu Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 660 manat dəyərində üzərində “X1” yazısı olan 110 qutu (11 blok) məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar