Məhkəmə qərarları › İş №3(023)-85/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-85/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-85/2025 25.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, xx.xx.1986-cı il tarixdə Yevlax rayonuda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 05 fevral 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki Şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin salonunun sol yuxarı hissəsinin divar örtüyünün arxasından və ön panelin içərisindən üzərində “GLİFİX” yazısı olan hər birində 6 həb olmaqla 50 konvalyut, üzərində “SUSTANON 250 mg/ml” yazısı olan hər birində 1 ampul olmaqla 12 qutu, üzərində “VENTOLİN 2mg/5ml” yazısı olan hər birində 1 şüşə maye halında 4 qutu, üzərində “LEVOTİRON 25 mcg” olan hər birində 25 həb olmaqla 36 konvalyut, üzərində “FERRO SANOL DUODENAL 100mg” yazısı olan hər birində 10 həb olmaqla 40 konvalyut, üzərində “PROGESTAN DEX 25mg/1ml” yazısı olan hər birində 7 ampul olmaqla 5 qutu, üzərində “DODEX 1000 mcg/ml” yazısı olan hər birində 5 ampul olmaqla 10 qutu, üzərində “FLAGYL 500mg” yazısı olan hər birində 10 həb olmaqla 6 konvalyut, üzərində “NOOTROPİL 800mg” yazısı olan hər birirndə 15 həb olmaqla 10 konvalyut, üzərində “PROZAC 20mg “ yazısı olan hər birində 8 həb olmaqla 30 konvalyut, üzərində “VENTOLİN 100mcg” yazısı olan 4 ədəd sprey dərman preparatı aşkar olunaraq götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə gömrük yoxlaması haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin salonunun sol yuxarı hissəsinin divar örtüyünün arxasından və ön panelin içərisindən üzərində “GLİFİX” yazısı olan hər birində 6 həb olmaqla 50 konvalyut, üzərində “SUSTANON 250 mg/ml” yazısı olan hər birində 1 ampul olmaqla 12 qutu, üzərində “VENTOLİN 2mg/5ml” yazısı olan hər birində 1 şüşə maye halında 4 qutu, üzərində “LEVOTİRON 25 mcg” olan hər birində 25 həb olmaqla 36 konvalyut, üzərində “FERRO SANOL DUODENAL 100mg” yazısı olan hər birində 10 həb olmaqla 40 konvalyut, üzərində “PROGESTAN DEX 25mg/1ml” yazısı olan hər birində 7 ampul olmaqla 5 qutu, üzərində “DODEX 1000 mcg/ml” yazısı olan hər birində 5 ampul olmaqla 10 qutu, üzərində “FLAGYL 500mg” yazısı olan hər birində 10 həb olmaqla 6 konvalyut, üzərində “NOOTROPİL 800mg” yazısı olan hər birirndə 15 həb olmaqla 10 konvalyut, üzərində “PROZAC 20mg “ yazısı olan hər birində 8 həb olmaqla 30 konvalyut, üzərində “VENTOLİN 100mcg” yazısı olan 4 ədəd sprey dərman preparatı aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli 3-33-2000/2-003487/2024 saylı məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” X3 müraciət olunmuşdur və “X1” X2 Tovuz Gömrük İdarəsinə daxil olmuş 16 noyabr 2024-cü il tarixli 3-28-1/2- 34116/2024 saylı rəyə əsasən təqdim edilən dərman vasitələrinin dövlət qeydiyyatının olmaması müəyyən olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/5243-9/9386 saylı ekspert rəyinə əsasən təqdim olunan dərmanların “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin psixotrop maddələrin, habelə AR ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları” na daxil edilmədiyi, və qeyd olunan ekspert rəyinə əsasən təqdim edilən dərman preparatlarının orta bazar qiymətinin ümumi dəyərinin 582,36 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan «MERCEDES BENZ ACTROS” markalı, 99XJ798/99ZC349 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, «MERCEDES BENZ ACTROS” markalı, 99XJ798/99ZC349 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, üzərində “GLİFİX” yazısı olan hər birində 6 həb olmaqla 50 konvalyut, üzərində “SUSTANON 250 mg/ml” yazısı olan hər birində 1 ampul olmaqla 12 qutu, üzərində “VENTOLİN 2mg/5ml” yazısı olan hər birində 1 şüşə maye halında 4 qutu, üzərində “LEVOTİRON 25 mcg” olan hər birində 25 həb olmaqla 36 konvalyut, üzərində “FERRO SANOL DUODENAL 100mg” yazısı olan hər birində 10 həb olmaqla 40 konvalyut, üzərində “PROGESTAN DEX 25mg/1ml” yazısı olan hər birində 7 ampul olmaqla 5 qutu, üzərində “DODEX 1000 mcg/ml” yazısı olan hər birində 5 ampul olmaqla 10 qutu, üzərində “FLAGYL 500mg” yazısı olan hər birində 10 həb olmaqla 6 konvalyut, üzərində “NOOTROPİL 800mg” yazısı olan hər birirndə 15 həb olmaqla 10 konvalyut, üzərində “PROZAC 20mg “ yazısı olan hər birində 8 həb olmaqla 30 konvalyut, üzərində “VENTOLİN 100mcg” yazısı olan 4 ədəd sprey dərman preparatları müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, üzərində “GLİFİX” yazısı olan hər birində 6 həb olmaqla 50 konvalyut, üzərində “SUSTANON 250 mg/ml” yazısı olan hər birində 1 ampul olmaqla 12 qutu, üzərində “VENTOLİN 2mg/5ml” yazısı olan hər birində 1 şüşə maye halında 4 qutu, üzərində “LEVOTİRON 25 mcg” olan hər birində 25 həb olmaqla 36 konvalyut, üzərində “FERRO SANOL DUODENAL 100mg” yazısı olan hər birində 10 həb olmaqla 40 konvalyut, üzərində “PROGESTAN DEX 25mg/1ml” yazısı olan hər birində 7 ampul olmaqla 5 qutu, üzərində “DODEX 1000 mcg/ml” yazısı olan hər birində 5 ampul olmaqla 10 qutu, üzərində “FLAGYL 500mg” yazısı olan hər birində 10 həb olmaqla 6 konvalyut, üzərində “NOOTROPİL 800mg” yazısı olan hər birirndə 15 həb olmaqla 10 konvalyut, üzərində “PROZAC 20mg “ yazısı olan hər birində 8 həb olmaqla 30 konvalyut, üzərində “VENTOLİN 100mcg” yazısı olan 4 ədəd sprey dərman preparatları müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar