Məhkəmə qərarları › İş №3(025)-158/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-158/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-158/2022 12.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxsnun, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 12.04.2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4521/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs İddiaçı Zərərçəkmiş şəxs xeyrinə 10.01.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 175 manat sabir pul məbləğində aliment və 20 manat dövlət rüsumuna görə pul tutulması qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Hal-hazıradək borclunun bu günkü tarixə 2(012)-4521/2021 nömrəli icra vərəqəsinə əsasən 1400 manat borcu vardır. Şəxs aliment borcunu ödəməkdən boyun qaçırır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs ilə razılaşıblar. Belə ki, Şəxs gələcəkdə məhkəmə onun “valideynlik hüquqlarından məhrumetmə” tələbinə dair iddiasına baxılacağı zaman məhkəmə prosesində iştirak edəərk iddia tələblərini qəbul edəcək və hər ay 100 (bir yüz) manat aliment ödəyəcək. Yuxarıda qeyd etdiyi səbəblərə görə hal-hazırda icra sənədi üzrə şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, verdiyi izahatında göstərmişdir ki, söz verir ki, 1500 aliment borcunu hər ay 100 manat olmaqla ödəyəcək və gələcəkdə Zərərçəkmiş şəxs iddia tələbi ilə bağlı keçiriləcək məhkəmə prosesində iştirak edəcək. Hal-hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X2 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcu ödəməkdən boyun qaçırmamış, lakin heç bir yerdə işləmədiyinə və maddi imkanı olduqca ağır olduğuna görə borcu ödəyə bilmir. Hazırda tərəflər razılığa gəlmiş və Şəxs qalıq aliment borcunu hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Odur ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4521/2021 nömrəli, 06.12.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 İddiaçı Zərərçəkmiş şəxs xeyrinə 10.01.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 175 manat sabir pul məbləğində aliment və 20 manat dövlət rüsumuna görə pul tutulması qət edilmişdir. Məhkəmə iclas zalında, Abşeron Rayon Məhkəməsinin 2(012)-4521/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs yazılı ərizə təqdim edərək qətnamə üzrə aliment borcunu hər ay 100 manat olmaqla tələbkar Zərərçəkmiş şəxs ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs 12.04.2022-ci il tarixdə - inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verildikdən sonra məhkəmə prosesi gedişatında barəsində inzibati qaydada icraat aparılan şəxs qətnamənin icrasından qəsdən boyun qaçırmadığını bildirirək zərərçəkmiş şəxs ilə razılığa gəlmiş və aliment borcunu hər ay 100 manat olmaqla ödəmək barədə öhdəlik götürmüşdür. Zərərçəkmiş şəxs borclu ilə razılaşaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla da borclu Şəxsnun icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar