Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-448/2020 11.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə Sədirov Röyal Qorxmaz oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X2 polis baş leytenantı X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sədirov Röyal Qorxmaz oğlu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X2 polis baş leytenantı X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Sədirov Röyal Qorxmaz oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X2 polis baş leytenantı X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Lakin iş materiallarlndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X2 TP ******* saylı qərarı xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş, Sədirov Röyal Qorxmaz oğlu qeyd edilən qərardan şikayət ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə 03 (üç) aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, inzibati qərardan şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Sədirov Röyal Qorxmaz oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X2 polis baş leytenantı X1 xx.xx.2020ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428 və 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sədirov Röyal Qorxmaz oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X2 polis baş leytenantı X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-448/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-448/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver