Məhkəmə qərarları › İş №3(025)-594/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-594/2025

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-594/2025 02.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, “X72” MMC-nin nümayəndəsi X9 iştirakı ilə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından “X72” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Özgür Demirkıran tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə, “X72” MMC-də işləyən X25, X43, X36, X10, X48, X49, X26, X2, X62, Manafov eltəkin Eldəniz oğlu, X19, X37, X11, X15, X27, X50, X51, X28, X3, X20, X52, X53, X63, X64, X38, X4, X65, X54, X55, X39, X5, X66, X16, X6, X56, X57, X40, X14 Qızı, X41, X21, X22, X12, X29, X7, X17, X42, X13, X23, X58, X8 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığına görə cəmiyyətin direktoru Özgür Demirkıran AR İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500,0 (bir min beş yüz) manat cərimə edilmişdir. “X72” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Özgür Demirkıran şikayət edərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və barəsində AR İXM-nin 469-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X72” MMC-nin nümayəndəsi X30 izahatında göstərmişdir ki, “X72” MMC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında ” AR Qanunun 11.5-ci maddəsinə əsasən müqavilə müddətsiz bağlanmış və ləğv edilməmişdir. X25, X43, X36, X10, X48, X49, X26, X2, X62, Manafov eltəkin Eldəniz oğlu, X19, X37, X11, X15, X27, X50, X51, X28, X3, X20, X52, X53, X63, X64, X38, X4, X65, X54, X55, X39, X5, X66, X16, X6, X56, X57, X40, X14 Qızı, X41, X21, X22, X12, X29, X7, X17, X42, X13, X23, X58, X8 işə qəbul edildikdən dərhal sonra istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması məqsədilə tərtib edilmiş adlı siyahıya salınaraq "xxxx" ASC-yə göndərilmiş və hər bir işçiyə münasibətdə icbari sığorta üzrə sığorta haqqı ödənilmişdir. Adı çəkilən işçilərin vaxtında sığortalanan şəxslər siyahısına daxil edilməməsi sistemin xətası ilə əlaqədar olduğu üçün “X72” MMC-nin direktoru Özgür Demirkıran barəsində AR İXM-nin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat qanunsuz olmuşdur. Ona görə də, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli **********653 nömrəli Müqavilənin surətinə əsasən “X72” MMC ilə "xxxx" ASC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. İşdə olan “X72” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsin ” xx.xx.2025-ci il tarixli PH**********7/4 nömrəli İllik Qoşmsının əlavəsinə əsasən X25, X43, X36, X10, X48, X49, X26, X2, X62, Manafov eltəkin Eldəniz oğlu, X19, X37, X11, X15, X27, X50, X51, X28, X3, X20, X52, X53, X63, X64, X38, X4, X65, X54, X55, X39, X5, X66, X16, X6, X56, X57, X40, X14 Qızı, X41, X21, X22, X12, X29, X7, X17, X42, X13, X23, X58, X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması məqsədilə sığortaçıya məlumat verilmişdir. İşdə olan ******* nömrəli Qəbzin surətinə əsasən “X72” MMC xx.xx.2025-ci il tarixdə "xxxx" ASC vasitəsilə 5841,97 manat məbləğində icbari sığorta üzrə sığorta haqqı ödəmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında ” AR Qanunun 2-1.1-ci maddəsinə əsasən Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunurlar. Həmin Qanunun 7.2.1-ci maddəsinə əsasənı bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar icbari sığorta etdirilməlidir. Həmin Qanunun 7.2.1-1-ci maddəsinə əsasən sığortalı bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar barəsində bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmalıdır. Həmin Qanunun 7.2.2-ci maddəsinə əsasən bu Qanunla və ya icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqı sığortaçıya ödənilməlidir. Həmin Qanunun 7.2.2-1-ci maddəsinə əsasən sığortalı bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanların uçotunu aparmalı və bu Qanunun 9-1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortaçıya bu barədə məlumat verməlidir. Həmin Qanunun 9-1-ci maddəsinə əsasən 2-1.1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “İcbari sığortalar haqqında” AR Qanunun 8.1-1-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X72” MMC-də işləyən X25, X43, X36, X10, X48, X49, X26, X2, X62, Manafov eltəkin Eldəniz oğlu, X19, X37, X11, X15, X27, X50, X51, X28, X3, X20, X52, X53, X63, X64, X38, X4, X65, X54, X55, X39, X5, X66, X16, X6, X56, X57, X40, X14 Qızı, X41, X21, X22, X12, X29, X7, X17, X42, X13, X23, X58, X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması xx.xx.2025-ci il tarixədək olan müddətdə həyata keçirilmədiyindən səlahiyyətli orqan “X72” MMC-nin direktoru Özgür Demirkıranı AR İXM-nin 469-1-ci maddəsi təqsirli bilib inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar