Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-452/2021 21.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə “xxxx” MMC (ünvanı: Quba şəhəri, 30-cu məhəllə; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 01.01.2017-01.01.2019cu illər ərzində olan fəaliyyətinə dair Şimal Ərazi Baş Gömrük İdarəsində aparılmış audit nəticəsində müəyyən olunmuşdur ki, Rusiya Federasiyasında qeydiyyatda olan hüquqi şəxslər “X1"xxxx” MMC, “xxxx" MMC və “xxxx" MMC tərəfindən Azərbaycan Respublikası, Quba şəhəri, məhəllə 30 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına 13.06.2017-ci il tarixli, **********7738 saylı, 14.06.2017-ci il tarixli, **********8663 saylı, 07.10.2017-ci il tarixli, **********0832 saylı, 17.10.2017-ci il tarixli, **********8740 saylı və 02.11.2017-ci il tarixli, **********2160 saylı gömrük bəyannamələri əsasında idxal olunmuş “meşə materialı” yükləri “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən zaman gömrük orqanına Rusiya Federasiyası mənşəli yük kimi bəyan edilmişdir. Lakin həmin yükləri idxal edən “xxxx" MMC həmin yükləri Azərbaycan Respublikası Prezidentinin 27.07.2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş"in iştirakçısı olmayan, Şotlandiya Respublikasında qeydiyyatda olan “Regiontrade L.P.” şirkəti ilə bağladığı 16.05.2017-ci il tarixli, 287 saylı müqavilə əsasında idxal etdiyi üçün 13908,05 manat məbləğində gömrük ödənişləri məbləğini ödəməkdən yayınmışdır. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında 24 may 2021-ci il tarixli, 01400-0554/21 nömrəli protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq “xxxx” MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri Şöbəsindən daxil olmuş 1000/1249Ş nömrəli, 24.10.2019-cu il tarixli raportdan görünür ki, Dövlət Gömrük Komitəsinin 08.02.2019-cu il tarixli 1000/039 nömrəli sərəncamına əsasən Şimal Ərazi Baş Gömrük İdarəsinin 01.01.2017-ci il tarixdən 01.01.2019-u il tarixədək dövr ərzində fəaliyyətinin auditinin nəticəsinə görə “xxxx” MMC tərəfindən 13.06.2017-ci il tarixli, **********7738 saylı, 14.06.2017-ci il tarixli, **********8663 saylı, 07.10.2017-ci il tarixli, **********0832 saylı, 17.10.2017-ci il tarixli, **********8740 saylı və 02.11.2017-ci il tarixli, **********2160 saylı gömrük bəyannamələri rəsmiləşdirilən 5 vaqon taxta yükü 16.05.2017ci il tarixli, 287 saylı “Regiontrade” L.P.(Şotlandiya) təşkilatı ilə bağlanmş müqavilələr əsasında idxal olunmuşdur. Yükün rəsmiləşdirilməsi zamanı “X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 27.07.2010-cu il tarixli 1046 saylı sazişin təsdiq edilməsi barədə sərəncamının tələblərinin pozulması ilə əlaqədar 13,908.05 manat gömrük borcu yaranmışdır. Cəmiyyətin hüquqi ünvanına isə 27.04.2021-ci il tarixli 1700-012/003-26/002021 nömrəli məktublar göndərilmiş, lakin bu vaxtadək gömrük borcunun ödənilməsi ilə bağlı Baş İdarəyə cəmiyyət tərəfindən müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “xxxx” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “xxxx” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 faizi məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-452/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-452/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver