Məhkəmə qərarları › İş №3(027)-514/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-514/2020

15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-514/2020 15.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi X3 iştirakı ilə X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi tərəfindən tərtib edilmiş MN N ******* saylı, xx xxxxx 2020-ci il tarixli protokol və MN N ******* saylı, xx xxx 2020-ci il tarixli inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 xx.xx.2019-cu il tarixdə Quba Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi tərəfindən barəsində tərtib edilmiş MN N ******* saylı, xx xxxxx 2020-ci il tarixli protokol və MN N ******* saylı, xx xxx 2020-ci il tarixli inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsinin əməkdaşları tərəfindən MN JVfs ******* saylı protokol, eləcə də həmin protokol əsasında xx xxx 2020-ci il tarixli inzibati tənbetin tətbiq edilməsi haqqında MN Nq ******* saylı qərar tərtib olunmuşdur. Həmin protokol və qərarı bir zərfdə mən xx xxxx 2020-ci il tarixdə almışam. Qeyd olunan protokol və qərardan yalnız qərarı alan zaman məlumatım olmuşdur.Hesab edirəm ki, barəmdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi tərəfindən xx xxxxx 2020ci il tarixdə tərtib olunmuş MN Ne ******* saylı protokol və onun əsasında tərtib olunmuş xx xxx 2020-ci il tarixli MN Nq ******* saylı qərar aşağıda qeyd edəcəyim hallara görə əsassız və ləğv olunmalıdır: Mən sahibkarlıqla məşğul oluram. Bu məqsədlə də 2019-cu ildə Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisindən 3,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bağ sahəsi) almışam. Həmin torpaq sahəsini alarkən həmin ərazidə bağın suvarılması üçün göl və mişar daşından tikilmiş gözətçi otağı var idi. Torpaq sahəmdə olan olan gözətçi bina ərazinin qorunması və daldalanmaq üçün, stutar (göl) isə torpaq sahəmin suvarılması üçündür. Göründüyü kimi hər iki hal yəni bina və sututar torpaq sahəsindən məqsədli istifadə üçündür. Həmin halda mən torpaq sahəsinin məqsədli təyinatını pozmamışam. Ona görə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10.1-ci maddəsinə əsasən torpaqlann məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Elə həmin Torpaq Məcəlləsində torpaq sahəsi üzərində torpaq sahəsinin məqsədli təyinatına uyğun tikililər və qurğular quraşdırılmasma icazə verilməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlann tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13. 2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd: təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göründüyü kimi mənə məxsus torpaq sahəsi üzərində tikili və sututaar olması qanunauyğundur. Barəmdə tərtib olunmuş təqsirli bilindiyini İnzibati Xəta haqqında protokolda və qərarda qeyd Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi isə o halı ehtiva edir ki, mən kənd təsərrüfatlı torpaq sahəmdə evlər tikərək onlarda otel və kirayə kimi istifadə edim və ya torpaq sahəmdə bazar kimi istifadə edim və sairə. Bu hallar torpaq sahəsinin məqsədli təyinatına ziddir. Kənd təsərrüfatlı torpaq sahəsində gözətçi bina və sututar tikmək onun məqsədli təyinatı üçün birbaşa əlaqəlidir. Mənim torpaq sahəm 3 hektardan çox olduğu üçün hazırkı halda həmin torpaq sahəsində gözətçi bina və sututar tikmədən torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etmək mümkün deyildir. Bundan başqa inzibati xəta haqqında protkol və qərar mənim iştirakım olmadan tərtib olunmuş və ptorokola mənim adımdan sözlər yazılsa da, mən həmin sözləri yazmamışam və protokolu imza etməmişəm. Əgər mən sözlər yazardımsa protokolu imzalayardım. Göründüyü kimi mənim iştirakım olmadan protokol və qərar tərtib edilmiş adımdan ora sözlər yazılmışdır. Qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Azərbaycan RespublikasıİXM-nin 106.0.3- 106.0.6-cı maddələrinin tələblərinə uyğun olaraq hazırda mübahisələndirdiyim qərarı qəbul edilərkən inzibati xəta haqqında protokolun və işin digər materiallarmin bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini, işin icraatını rədd edən halların mövcud olub-olmamasını, işin mahiyyəti üzrə baxılmasıüçün işdə kifayət qədər sübutların toplanıb-toplanmamasını və işə baxılmasının yeri və vaxt: barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmamasm araşdırmalı və həll etməli olduğu təqdirdə qanunun həmin normalarının tələblərini pozmuşdur. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi qərarı qəbul edərkən Azərbaycan Respublikası İXM-nın 115-ci maddəsinin tələbini pozmuş, qərardan da göründüyü kimi inzibati xətanı mən törətmədiyim halda barəmdəAzərbaycan RespublikasıİXM-nin 247.2-ci maddəsi iləxx xxx 2020-ci il tarixli, MN JNb ******* saylıqərar tərtib edilmiş və 500 manat məbləğində cərimə edilmişəm. Hesab edirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli, MN Nq ******* saylı protokol və inzibati tənbeh vermə haqqında xx xxx 2020-ci il tarixli, MN Nq ******* saylı qərar məhkəmə qaydasında ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli, MN № ******* saylı protokol və inzibati tənbeh vermə haqqında xx xxx 2020-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsinəməlumat verilsə də, məhkəmə iclasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsinin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi tərəfindən tərtib edilmiş MN N ******* saylı, xx xxxxx 2020-ci il tarixli protokol və MN N ******* saylı, xx xxx 2020-ci il tarixli inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və ya işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana biləcəyi hər çür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərcəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəçəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzər alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh edilənlərə əsasən, məhkəmə X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi tərəfindən barəsində tərtib edilmiş MN N ******* saylı, xx xxxxx 2020-ci il tarixli protokol və MN N ******* saylı, xx xxx 2020-ci il tarixli inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsinin təmin olunmamasını məqsədəmüvafiqhesabedir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131-133, 134.1.1-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin X1ması və Mühafizəsinə Dövlət Nəzarətinin Təşkili Şöbəsi tərəfindən barəsində tərtib edilmiş MN N ******* saylı, xx xxxxx 2020-ci il tarixli protokol və MN N ******* saylı, xx xxx 2020-ci il tarixli inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar