Məhkəmə qərarları › İş №3(029)-302/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-302/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-302/2023 20.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində naxırda olan bir baş inəyi yolda nəzarətsiz qoymuş, nəticədə həmin dayça Qusar-Həzrə yolunun 11-ci kilometrliyində yolun hərəkət hissəsinə çıxaraq həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2121” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində qeyd edilən nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, hadisə o, inək naxırında olanda baş vermişdir. Zərərçəkmiş şəxs inəyi yolun ortasında vurmuş, daha sonra avtomobil yolun kənarına çıxmışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, öz avtomobili ilə yolda hərəkətdə olan zaman, inək naxırından bir inək onun yoluna qəflətən çıxmışdır. O, əyləci basmış lakin, yol nəqliyyat hadisəsi baş vermişdir. Onun avtomobilinə 500 manat ziyan dəymişdir. Ziyan ilə bağlı öz aralarında razılaşacaqdır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar “VAZ” kooperativi tərəfindən verilmiş 21 avqust 2023cü il tarixli “Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (Haqq hesab)” Aktından görünür ki, “VAZ 2121” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 1275 (min iki yüz yetmiş beş) manat təşkil edir. Beləliklə, araşdırılmış sübutlarla müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs 19 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində naxırda olan bir baş inək heyvanını yolda nəzarətsiz qoyması nəticəsində həmin heyvan Qusar-Həzrə yolunun 11-ci kilometrliyində hərəkətdə olan və Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2121” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə avtomobilin sahibinə maddi ziyan dəymişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu (Mal-qara ötürənlərin vəzifələri) maddəsinə əsasən, mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. Qeyd edilən qanunvericilik aktı normasının tələblərinə uyğun olaraq hesab edirəm ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs naxırda olan bir baş mal-qaranı asfalt və sementbeton örtüklü yollarla ötürməməli, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, yolun və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərdən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməli, habelə mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməli olduğu halda bunu etməyərək İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını, o cümlədən ilk dəfə olarq inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar