Məhkəmə qərarları › İş №3(029)-354/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-354/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-354/2025 25.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1965-ci il tarixdə, Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan sürücü işləyən Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 448-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:50-də “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Volvo FH 460 yük” markalı, 77SC687/99YG987 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, sürücü Şəxs tərəfindən bəyan olunmayan nəqliyyat vasitəsinin kabinasının sol tərəfində yerləşən yeşiklərdə 2 ədəd 1.5 litrlik plastik qabda “Çeşşkoe” markalı (1 ədədi üzərində heç bir etiket və yazı olmayan) pivə, 2 ədəd “Russkiy Standart 1l” markalı, 3 ədəd “Çistie Rosi 0.7l” markalı araq, nəqliyyat vasitəsinin qoşqusunda yerləşən alətlər qoyulmaq üçün nəzərdə tutulan sol yeşikdə olan filterin içində 3 ədəd “Çistie Rosi 0.7l” markalı araq və 2 ədəd “1.5 litrlik plastik qabda üzərində heç bir etiket və yazı olmayan pivə”, kabinanın sağ yeşiyində 2 ədəd “1.5 litrlik plastik qabda üzərində heç bir etiket və yazı olmayan pivə”, 1 ədəd “5 litrlik plastik su qabında açıq şəkildə olan, markası bilinməyən spirtli içki”, nəqliyyat vasitəsinin kabinasının sağ alt tərəfində 2 ədəd “Çistie Rosi 0.7l” markalı araq aşkar olunmuşdur. Daha sonra sürücü Şəxs idarə etdiyi “Volvo FH 460 YÜK” markalı, 77SC687/99YG987 nömrə nişanlı nəqliyyat vasitəsini daha ətraflı yoxlanılmasını təmin etmək məqsədi ilə “Samur”gömrük postunun terminalında yerləşən X-ray Rentgen qurğusuna yönləndirilmişdir. Yoxlama nəticəsində əlavə olaraq 2 ədəd “Belay Lusı 0.7l” markalı, 1 ədəd “Mont Blanc 700ml” markalı araqlar aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 448-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-07244/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2568 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd “Mont Blanc 700ml” markalı, 2 ədəd “Belay Lusı 0.7l” markalı, 2 ədəd “Russkiy Standart” markaı və 8 ədəd “Çistie Rosi 0.7l” markalı araqlar üzrə yoxlanılan orqanoleptik və fiziki-kimyəvi analizlərə əsasən onlar qablaşdırmaları üzərindəki etiket göstəricisinə və müvafiq standartın tələblərinə cavab vermir. Tədqiqata təqdim edilmiş 2 ədəd 1.5 litrlik plastik qabda “Çeşşkoe” markalı (1 ədədi üzərində heç bir etiket və yazı olmayan) pivə tündlük göstəricisinə və tərkibində olan quru maddələrin kütlə payına görə üzərindəki etiket göstəricisinə uyğun deyil. Üzərində spirtə məxsus markalanma göstəricisi olmayan 5 l həcmli plastik butulkada qablaşdırılmış 5l həcmində maye su-spirt qarışığından ibarət olan, tərkibində etil spirtinin həcm payı 38% olan spirttərkiblik mayedir. Tədqiqata təqdim edilmiş 5 ədəd 1.5l-lik plastik butulkada 1.5L həcmli pivə nümunələrinin tərkibində etil spirtinin həcm payı 3.8%, quru maddələrin kütlə payı isə 4.5% müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsaəsn Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərci 65 (altmış beş) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 1 ədəd “Mont Blanc 700ml” markalı, 2 ədəd “Belay Lusı 0.7l” markalı, 2 ədəd “Russkiy Standart” markaı və 8 ədəd “Çistie Rosi 0.7l” markalı araqlar, 2 ədəd 1.5 litrlik plastik qabda “Çeşşkoe” markalı pivə, 5 l həcmli plastik butulkada qablaşdırılmış 5l həcmində maye su-spirt qarışığı və 5 ədəd 1.5llik plastik butulkada 1.5L həcmli pivə müsadirə edilməklə 350 (üç yüz əlli) manat cərimə edilsin. İş üzrə məhkəmə məsrəfləri 65 (altmış beş) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar