Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-393/2025 23.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1990-cı ildə Lənkəran rayonu, Kənarmeşə kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Kənarmeşə kəndində qeydiyyatda olmaqla yaşayan, işləməyən Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində, Rusiya Federasiyasından “Samur” gömrük postunun idxal nəazarət xəttinə daxil olan Azərbaycan Respublikasi vətəndaşı Şəxs oğİunun idarə etdiyi "DAF" markali 44CJ626/44ZA776 dövlət nömrə nişanli nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasi Moskva şəhəri, Ryabinovaya küçəsi, ev 44 ünvaninda qeydiyyatda olan "xxxx" MMC şirkətindən, Azərbaycan Respublikasi Baki şəhəri, Ziya Bünyadov küçəsi, ev 13 ünvaninda qeydiyyatda olan "xxxx" MMC-yə idxal olunan ketçup yükü daşıyan nəqliyyat vasitəsinə gömrük yoxlamasi keçirilmişdir. Həyata keçirilmiş yoxlama zamani, nəqliyyat vasitəsinin kabina hissəsinin, sağ qapinin üst hissəsindəki qoruyucu örtüyün altında gizlədilmiş 8 ədəd, sol qapinin üst hissəsindəki qoruyucu örtüyün altinda gizlədilmiş 7 ədəd üzərindəki etiket göstəricilərinə əsasən qalınlığı 0.20 mm olan "DAYUY" markalı balıqtutan torlari, nəqliyyat vasitəsinin kabina hissəsində yerləşən soyuducuda gizlədilmiş 19 ədəd "X16 X9" markali, 12 ədəd "X16 X5" markali, 7 ədəd "X16 X1" markali, 10 ədəd 'X16 X10" markali, 2 ədəd "X17 step X6" markalı, 2 ədəd "X17 X11 Filter" markalı, 5 ədəd "X16 Lamination Eyelash Cleanser" markalı, 5 ədəd "X16 X7" markalı, 1 ədəd "X14 & Brows" markalı üz baxım vasitələri, dartıcının sağ hissəsində əşyaları qoymaq üçün nəzərdə tutulmuş yeşikdə 1 ədəd "Beluqa 1l" markali araq aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə 03 oktyabr 2025-ci il tarixli 01400-07982/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. X3 İdarəsinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, aşkar olunaraq götürülmüş 15 ədəd qalınlığı 0.20 mm olan üzərindəki etiket göstəricilərinə əsasən “DAYUY” balıqtutan torlar Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli, 564-İİQ saylı, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı” təsdiq edilməsi haqqında Qanunun təsir dairəsinə aid edildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 047/25-X nömrəli ekspert rəyindən görünür ki, ekpertizaya təqdim edilmiş 19 ədəd “X16 X12” markalı, 12 ədəd “X16 X8” markalı, 7 ədəd “X16 X2” markalı, 10 ədəd “X16 X13” markalı, 2 ədəd “X17 Step X6” markalı, 2 ədəd “X17 X11 Fılter” markalı, 5 ədəd “X16 X4” markalı, 5 ədəd “X16 X7” markalı, 1 ədəd “X14 & Brows” markalı üz baxım vasitələri, 1 ədəd “Beluga 1L” markalı araq 884 (səkkiz yüz səksən dörd) manat təşkil edir, 15 ədəd qalınlığı 0.20 mm olan üzərindəki etiket göstəricilərinə əsasən “DAYUY” balıqtutan torlar Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli, 564-İİQ saylı, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı” təsdiq edilməsi haqqında Qanunun təsir dairəsinə aid edildiyi üçün qiymətləndirilməsinin aparılması mümkün olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti 19 ədəd “X16 X12” markalı, 12 ədəd “X16 X8” markalı, 7 ədəd “X16 X2” markalı, 10 ədəd “X16 X13” markalı, 2 ədəd “X17 Step X6” markalı, 2 ədəd “X17 X11 Fılter” markalı, 5 ədəd “X16 X4” markalı, 5 ədəd “X16 X7” markalı, 1 ədəd “X14 & Brows” markalı üz baxım vasitələri, 1 ədəd “Beluga 1L” markalı araq və 15 ədəd bağlamada “DAYUY” markalı balıqtutan torların müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarının tədqiqinə əsaslanaraq, həmçinin Şəxs barəsində cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli 047/25-X nömrəli ekspertiza xərci 57 manatdır . Həmin məbləğ dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 884 (səkkiz yüz səksən dörd) manat dəyərində 19 ədəd “X16 X12” markalı, 12 ədəd “X16 X8” markalı, 7 ədəd “X16 X2” markalı, 10 ədəd “X16 X13” markalı, 2 ədəd “X17 Step X6” markalı, 2 ədəd “X17 X11 Fılter” markalı, 5 ədəd “X16 X4” markalı, 5 ədəd “X16 X7” markalı, 1 ədəd “X14 & Brows” markalı üz baxım vasitələri, 1 ədəd “Beluga 1L” markalı araq və 15 ədəd bağlamada “DAYUY” markalı balıqtutan torlar müsadirə edilsin. İş üzrə ekspertiza xərci 57 manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-393/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-393/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver