Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-97/2023 03.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 mart 2023-cü il tarixli MN № ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 mart 2023-cü il tarixli MN № ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. X5 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 mart 2023-cü il tarixli MN № ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə, yəni yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə 1000 (bir min) manat cərimə edilmişdir. 06 fevral 2023-cü il tarixdə o, Qusar rayonu Xürel kəndi yaxınlığında yerləşən, Bələdiyyənin balansına aid meşə sahəsinə getmiş oradan tam qurumuş və yerə yıxılmış vəziyyətdə olan 1 ədəd ağacı doğrayıb oduncaq məqsədi ilə evinə gətirmək istədiyi zaman Qusar rayon Polis İdarəsinin əməkdaşları onu saxlamışdır. Qusar rayon Polis İdarəsinin əməkdaşları onun barəsində protokol tərtib edib ondan izahat almışlar. O, Qusar rayon Polis İdarəsinin əməkdaşlarına həmin ağacın tam quru olduğunu və yerə yıxılmış vəziyyətdə olduğunu bildirmişdir. Qusar rayon Polis İdarəsinin əməkdaşları ona bildirmişlər ki, onun hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və onlar sadəcə ondan formal olaraq izahat alıb hadisə barədə protokol yazıb işi bağlayacaqlar. O, da onlara inanıb yazdıqları izahat və protokolu oxumayıb imza etmişdir. Belə ki, o, azərbaycan dilində yazıb oxuya bilmir. Lakin sonradan bilmişdir ki, Qusar rayon Polis İdarəsinin əməkdaşları onun izahatını və protokolu düzgün, həqiqətə uyğun yazmamışlar və onu inzibati qaydada cərimə etmək üçün materialları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə vermişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi isə onu 09 mart 2023-cü il tarixli MN № ******* saylı qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə 1000 (bir min) manat cərimə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə məsuliyyət nəzərdə tutur. O, yuxarıda qeyd etdiy kimi hər hansı yaşıllığı götürməmiş, hər hansı köküstü yaş ağac və ya kolu kəsməmiş və yaxud zədələməmişdir. Onun həmin meşəlik ərazidən aparmaq istədiyi tam qurumuş və yerə yıxılmış vəziyyətdə olan 1 ədəd ağac olmuşdur. O, meşəliyə, yaşıllığa hər hansı bir ziyan vurmamışdır. Aparmaq istədiyi quru ağacın şəlkillərini də o, həmin vaxt çəkmiş, şikayətinə həmin şəkilləri də əlavə etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun barəsində qəbul etdiyi 09 mart 2023-cü il tarixli MN № ******* saylı qərarında da onun tərəfindən “Qusar rayonu Xürel kəndində bələdiyyənin mülkiyyətində olan ərazidən fıstıq cinsinə aid bir ədəd tam quru ağacın kəsilərək oduncaq tədarükü məqsədi ilə doğradığını” qeyd edilmişdir. Belə olan vəziyyətdə onun İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə, yəni yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. O, Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinin tərkibi yoxdur, o, həmin inzibati xətanı törətməkdə təqsirli deyildir. O, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanunsuz olaraq inzibati məsuliyyətə cəlb olunmuş, ona görə də onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 mart 2023cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, qeyd olunan tarixdə, evdə quru odun tədarük etmək üçün bələdiyyənin nəzdində olan əraziyə quru odun yığmaq üçün getmişdir. Həmin ərazidən bir ədəd yerə yıxılmış quru odunun özünə məxsus arabaya yükləyərək evinə aparan zaman, polis əməkdaşları onu saxlamış və Polis İdarəsinə dəvət etmişdir. Arabanı evdə qoyub polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis əməkdaşları ondan 200 manat pul istəmişdir. Ondan 200 manat pul istəyən polis əməkdaşların adlarını və soyadlarını bilmir, ondan 200 manat məbləğində pulun nə səbəbə istəyinidə bilməmişdir. İzahatı alınan zaman, izahatı oxumadan qol çəkmişdir. Yazılanları oxuya bilməmişdir. Polis İdarəsində ona heç bir təzyiq olunmamışdır. Onun barəsində qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərarı ilə tanış olmamış, həmin qərarı oxumamışdır. Lakin, izahatını oxumadan qol çəkmişdir. O, heç bir ağac kəsməmiş, yalnız yerdə olan quru odunu evinə aparmışdır. Özü yanacağın olmaması barəsində heç bir yerə müraciət etməmişdir. Bələdiyyənin ərazisindən odun aparması üçün heç bir yazılı müraciət etməmiş, ona odun aparması ilə bağlı heç bir sənəd verilməmişdir. Odunun quru və yaş olmasını özü təxmin etmişdir. Odunun quru olması barədə heç bir rəy almamışdır. Yalnız odunun bəzi hissələrin çürük olduğu üçün quru olmasını təxmin etmişdir. Özü heç bir ağacı kəsməmişdir. Ağacı yerdən götürmüşdür. Ağacın yerdən olması haqqında onun şəkilləri vardır, video çəkiliş etməmişdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 şikayəti rədd edərək izahatında göstərmişdir ki, X5 barəsində qərar Polis Şöbəsindən daxil olmuş material əsasında qəbul olunmuşdur. Həmin materiallara X3 izahatı əlavə edilməmiş yalnız cinayət işinin rədd edilməsi haqqında qərar və inzibati xəta haqqında protokol əlavə edilmişdir. Araşdırmanı Qusar RPŞ-nin əməkdaşları həyata keçirmişdir. X5 barəsində qərar qanunidir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət tam təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 mart 2023-cü il tarixli MN № ******* saylı qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İXMnin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Qusar rayonu Xürel kəndində bələdiyyə mülkiyyətində olan ərazidən fıstıq cinsinə aid bir ədəd tam quru ağacı kəsərək oduncaq tədarükü məqsədi ilə doğramışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qusar RPŞ-nin CAB-nin AÜ ə/m, polis baş leytenantı Sabir Mahmudovun raportu əsasında toplamış material üzrə X3 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 253-1.2.2-ci maddəsi ilə tədbir görülməsindən ötrü qəbul edilmiş qərar Qusar RPŞ-nin İTB-nə verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 izahatında quru ağacın kəsdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar RPŞ-nin əməkdaşları tərəfindən quru odun kəsdiyini üçün saxlamışdır. X3 ağacı kəsməsini göstərmiş, X5 həmin quru ağacın yerdən götürməsini sübut edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Onun ağacı kəsməsi üçün müvafiq orqandan icazə almamışdır. Ağacın quru olması barədə rəy almamış yalnız öz ehtimalı ilə ağacın quru olması və yerdən götürdüyünü bildirmişdir. Ağacın quru və yerdən toplaması haqqında məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində 09 mart 2023-cü il tarixli MN № ******* saylı qərar qəbul edilərkən həmin qərar düzgün tərtib olunduğunu, X3 həmin inzibati xətanı törətməsini, eləcə də, inzibati xəta hadisəsinin olmasını təkzib edən mötəbər sübutların olmadığı nəzərə alaraq, qərar qanuni və əsaslı olduğu üçün şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş 09 mart 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş 09 mart 2023cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-97/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-97/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver