Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-310/2020 21.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Azərbaycan Respublikasının Prokurorluğu İmişli Rayon Prokurorluğunun nümayəndəsi: İmişli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X2, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxxxx 1958-ci ildə İmişli rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Natavan küçəsi, ev 25 ünvanda qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu İmişli Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prokurorluğu İmişli Rayon Prokurorluğu tərəfindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat materialı daxil olmuşdur. “İnzibati xəta haqqında” materiala əsasən Şəxs 29 aprel 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Damla” mebel mağazasının qarşısında Zərərçəkmiş şəxs ilə idarə etdikləri avtomobillərin bir-birinə yol verməməsinə görə mübahisə etmişdir. Mübahisə zamanı Şəxs ictimai yerdə ərazidə olan sakinlərin yanında uca səslə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Natavan küçəsi, ev 25 ünvanda yaşayır. Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan İmişli şəhər sakini kimi tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, 29 aprel 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Damla” mebel mağazasının qarşısında idarə etdiyi “NİVA” markalı, **- RS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANZİT” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona yol verməmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbini cilovlaya bilməyib, ərazidə olan sakinlərin yanında uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs protokola baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prokurorluğu İmişli Rayon Prokurorluğunun nümayəndəsi-İmişli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X3 inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunvericliklə nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 09 may 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis X1 təhqiqatçısı, polis kapitanı Bəhruz Zülfiqarov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 14 avqust 2020-ci il tarixli “İnziati xəta haqqında iş üzrə icraata başlanma haqqında” qərardan görünür ki, İmişli rayon prokuroru, Baş ədliyyə müşaviri Valeh Səmədov tərəfindən Şəxs inzibati xəta törətmiş şəxs qismində tanınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraat materialından” görünür ki, Şəxs 29 aprel 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Damla” mebel mağazasının qarşısında Zərərçəkmiş şəxs ilə idarə etdikləri avtomobillərin bir-birinə yol verməməsinə görə mübahisə etmişdir. Mübahisə zamanı Şəxs ictimai yerdə ərazidə olan sakinlərin yanında uca səslə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta əməlini törətməsini, əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(036)-310/2020
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-310/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver