Məhkəmə qərarları › İş №3(036)-346/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-346/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-346/2023 13.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan xx.xx.2023-cü il tarixli EP ******* saylı “inzibati xəta haqqında” iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC ( VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, ( xx.xx.2023-cü il tarixli EP 0053233) ona çatdırılması üçün 94492303 nömrəli vaqon ilə ölkə ərazisinə gətirilmiş **********8269 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnamələri ilə bəyan olunan mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına qısa idxal bəyannaməsi təqdim olunmamışdır. İşdə olan DGK-nin “ X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli Protokola əsasən **********8269 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnamələri ilə bəyan olunan 94492303 nömrəli vaqon ilə Şəxs MMC–nin ünvanına Belçikada fəaliyyət göstərən “ İntraco LTD N.V” şirkətindən göndərilən mallar xx.xx.2023-cü il tarixdə, saat 06-18 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük Kəsik ” gömrük postundan keçməklə AR gömrük ərazisinə gətirilmişdir. **********8269 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnamələri ilə bəyan olunan mallara dair tərtib edilmiş **********20974 sorğu nömrəli qısa idxal bəyənnaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 10-49 radələrində gömrük orqanına rəsmiləşdirilmək üçün göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli **********8269 nömrəli Gömrük bəyannaməsinin surətinə əsasən Belçikadan gətirilən “İntraco LTD N.V” şirkətindən şirkətindən Şəxs MMC”-yə göndərilən 29277,60 Avro dəyərində “ARBOCEL RC FİNE” nişanlı yem əlavələri Azərbaycan Respublikasına idxal edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən Bu Məcəllənin 115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa idxal bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən 155.2.1. gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra; 115.2.2. gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra; 115.2.3. gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə yol verilmir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC ( VÖEN: **********) **********8269 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnamələri ilə bəyan olunan mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən 4 saat 31 dəqiqə sonra elektron formada gömrük orqanına qısa idxal bəyannaməsini təqdim etmişdir. Həmin anadək gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirməmiş, onu təqdim edən şəxə malların yoxlanması barədə məlumat verməmiş, malların təqdim olunmuş yerdən aparılmasına icazə verilməmişdir. xx.xx.2023-cü il tarixli **********8269 sorğu nömrəli gömrük bəyənnamələri ilə bəyan olunan mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2023-cü il tarixdə, saat 06-18 radələrində, yəni iş günü başlanmamışdan qabaq gətirildiyi üçün elektron formada qısa idxal bəyannaməsinin vaxtından gec təqdim olunması Şəxs MMC-nin təqsirli hərəkətləri ilə deyil, üzürlü səbəblərlə əlaqədar olmamışdır.Qısa idxal bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına AR Gömrük Məcəlləsinin 115.2ci maddəsində nəzərdə tutulan şərtlərlə yol verildiyindən həmin şərtlər daxilində tələb olunan qısa idxal bəyannaməsinin təqdim edilməsi də yol veriləndir. Ona görə də, Şəxs MMC barəsində AR İXM-nin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində AR İXM-nin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. . Qərardan 10 (on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar