Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1150/2025 11.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X4 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Yevlax rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı Yunis İsmayılovun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Yevlax rayonu Xaldan qəsəbəsində sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Y.İsmayılov məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Xaldan qəsəbəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, xırda xuliqanlıq etmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, keçmiş polis əməkdaşıdır. Hazırda təqaüdçüdür. 28 iyun 2025-ci il tarixinə saat 14:30 radələrində Yevlax rayonu Nərimanabad kəndindin ərazisində sərxoş vəziyyətdə olduğu üçün ictimai qaydanı pozmuş, ünvansız nalayiq söyüşlər söymüş, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik etmişdir. O,həmçinin izahatında bildirmişdir ki, polis şöbəsində olarkən, kapitan rütbəli polis əməkdaşı ona şillə ilə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin İB-nin polis sahə rəisi X1 çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Xaldan qəsəbəsində xidmətdə olarkən həmin ərazidə Şəxs küçədə sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, kənar şəxslərin narahatçılığına səbəb olmuşdur. Bu səbəbdən ona yaxınlaşıb özünü təqdim etmiş və Yevlax RPŞ-yə dəvət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Xaldan qəsəbəsində sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Mingəçevir şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 704 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktına əsasən Şəxs Yüngül dərəcəli alkaqol sərxoşluğu müəyyən edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmişin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, 65 yaşdan böyük olmasının məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(039)-1150/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1150/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver