Məhkəmə qərarları › İş №3(039)-1509/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1509/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1509/2025 25.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyev Ülkər Fikrət qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmət 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi vergi xidməti müşaviri X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmət 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 27 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti göstərərək 1435 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmət 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi vergi xidməti müşaviri X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Yevlax rayon prokurorunun 18 iyun 2025-ci il tarixli “Cinayət işinin başlanamasının hissəvi rədd edilməsi və məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi məqsədi ilə həmin hissədə ayrıca icraat materialı ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərara alınmışdır. Həmin qərarın araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs aidiyyəti dövlət orqanlarına şikayə ərizəsi ilə müraciət edərək polis əməkdaşlarından şikayət ərizəsinin araşdırlması zamanı Şəxs ayrı-ayrı şəxslərə pul kreditinin verilməsi aşkar olunmuşdur. Şəxs özü izahatında Camal, Məhəmməd, Pərvanə, Roman, Mehriban, Sürmə və Solmaz adlı şəxslərə faizə pul verdiini etiraf etmişdir. Həmçinin Şəxs xx.xx.2025-ci il tarixli izahatında ayrı-ayrı şəxslərə faizə pul verilməsi nəticəsində 1435 manat məbləğində qanunsuz gəlir əldə etdiyini bildirmişdir. Beləliklə də, Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan, pul krediti verməsi nəticəsində az miqdar təşkil edən, 1435,0 manat məbləğində qanunsuz gəlir əldə etməsi tam olaraq sübuta yetirilmişdir. Fiziki şəxs Şəxs 1435,0 manat məbləğində qanunsuz gəlir əldə etməsinə hüquqi qiymət verərkən belə nəticəyə gəlinir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, az miqdarda, yəni əlli min manatdan yuxarı olmayan məbləğdə gəlir əldə etmə inzibati xəta hesab edilir. Odur ki, Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan, pul krediti verməsi nəticəsində 1435,0 manat məbləğində qanunsuz gəlir əldə etməsi faktına dair toplanmış 91c-25 nömrəli materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin tərkibi olduğundan, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, tək yaşayır. Heç bir yerdə işləmir. İş yeri və gəliri olmadığı üçün qazanc əldə etmək məqsədi ilə özü bankdan kredit götürərək tanıdığı şəxslərə borca pul vermisdir. Pulun müqabilində faiz tələb etdiyi doğrudur. Onun tələb etdii faiz bankın faizidir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 27 avqust 2025-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs “Cinayət işinin başlanamasının hissəvi rədd edilməsi və məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərar və həmin material üzrə alınmış izahatlar əsasında İXM-nin 398-ci maddəsinin tələblərini pozmaqla 1435,0 manat gəlir əldə edildiyi müəyyən edilmişdir; “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki Şəxs vergi ödəyicisi kimi uçota alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün izahatı ilə yanaşı, həmin şəxsin şikayətləri əsasında aparılmış 91c-25 nömrəli toplanmış materialda olan sənədlərlə digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə İXM-nin 32.2-ci maddəsini əsas götürərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs qızına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 2870,0 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar