Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1145/2024 04.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2047620 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana istehlak etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyatdadır, psixotrop maddə metamfetamindən ara bir istifadə edir, qonşusu Baxşalının da hərdən psixotrop maddə metamfetamin istifadə etdiyini bilmiş, bir neçə dəfə onunla birlikdə psixotrop maddə metamfetamin istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində Baxşalı ilə rastlaşanda onda psixotrop maddə metamfetamin olduğunu bildikdə bir istifadəlik də ona verməsini xahiş etmiş, Baxşalı da xahişini yerinə yetirərək həmin psixotrop maddə metamfetamindən bir istifadəlik ona vermiş, həmin kütləni şəxsi istifadə etmək üçün üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Kürdəmir rayon Xırdapay kəndi ərazisində olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-nə gətirmişlər, RPŞ-də şəxsi axtarış zamanı üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd falqa kəsiyli bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi kağız bükümə baxış keçirilən zaman içərisində kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, həmin 01 ədəd kağız büküm içərisində olan kütlə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şəxs izahatının sonunda əməlindən peşman olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/544 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd falqa kəsiyi bükümündə təmiz çəkisi- 0.099 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir,(İ siyahı). Psixotrop maddə metamfetamin tədqiqata sərf olunduqdan sonra 0.029 qram qalmışdır. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, xalis çəkisi 0.099 qram olan küstar üsulla hazırlanmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib özündə saxlamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İşdə olan. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İnzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2024-cü il saat 21:00-dan hesablanmalıdır. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin tədqiqata istifadə edildikdən sonra qalmış 0.029 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilməsi nəzərə alınnalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu günədən, yəni xx.xx.2024-cü il saat 21:00-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin tədqiqata istifadə edildikdən sonra qalmış 0.029 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilməsi nəzərə alınsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən on gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1145/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1145/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver