Məhkəmə qərarları › İş №3(046)-127/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-127/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-127/2023 13.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Göyçay rayon prokurorluğunun böyük köməkçisi vəzifəsini icra edən X2, müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və qanuni nümayəndəsi X1 iştirakı ilə, xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Hüşün kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta protokolı tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, 2022-ci ilin dekabr ayında yerdən narkotik vasitə olan metamfetamin tapmış, həmin narkotik vasitəni öz marağı üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri ərazisində polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər, polis şöbəsində üzərinə baxış keçirilmiş, narkotik vasitə aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə Göyçay rayon prokurorluğunun böyük köməkçisi vəzifəsini icra edən X4 inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsini təklif etmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/2 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərində aşkar edilmiş 01 ədəd bükümün içərisində, təmiz çəkisi 0.122 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0.122 qram.., tədqiqata sərf edildi – 0,050 qram.., qalıq - 0,072 qram. İnzibati materiala əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 123 №-li rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 nömrəli qərarının 3.1-ci bəndinə əsasən 18 yaşına çatmamış şəxslərə narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. İnzibati xəta törətmiş Şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin MSSK saxlanılan ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi – 0,072 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin MSSK saxlanılan ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi – 0,072 qram psixotrop maddə metamfetamin məhv edilsin. 01 saata görə hesablanmış 06 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın icrası maddi sübutun məhvinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə, inzibati cərimənin icra edilməsi ilə bağlı ilsə Şəxs yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar