Məhkəmə qərarları › İş №3(046)-608/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-608/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-608/2023 13.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1990-cı ildə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Hacalıkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yolun kənarında yerləşən dayanacaqda həmkəndliləri X7 və X12 ilə birlikdə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. İnzibati xətanın baş verməsi inzibati xəta haqqında protokolla,ona əlavə edilmiş sənədlərlə və şahidlərin izahatları ilə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu Hacalıkənd kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yolun kənarında yerləşən dayanacaqda həmkəndliləri X12 və X1 yanına gedərək onlarla bərabər söhbət etmiş, bir qədər sonra Elbrus Xəlilov və Əziz Əhmədov 20 qəpikdən kartla qumar oynamış və ona da oynamasını təklif etmişlər, lakin o, qumar oyununda iştirak etməmişdir. Təxminən 20 dəqiqə sonra həmkəndlisi Sənan Əhmədli də oraya gələrək onların yanında olmuş, lakin qumar oynamamışdır. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, onları görüb oradan uzaqlaşmışdır. Sonradan onu Göyçay rayon Polis Şöbəsində onun adından izahat yazılmış,izahatı o yazmamış,lakin imzalamışdır. Buna görə də işə xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına təngidi yanaşaraq, hesab edirəm ki, bu cür izahat özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki,məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində digər polis serjantı Kənan Əhmədovla birlikdə Göyçay rayonu, Hacalıkənd kəndi ərazisində xidmət aparan zamanı yolun kənarında yerləşən dayanacaqda 4 nəfər şəxsin qumar oynadıqlarını müəyyən etmişlər. Daha sonra həmin şəxslərə yaxınlaşan zaman adını sonradan bildiyi Şəxs onları görərək oradan qaçmış, qumar oyununa qoyulmuş 1 manat 10 qəpik pul vəsaitini və 36 ədəd kartı götürərək digər 3 nəfər şəxsin barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X3 bildirdi ki, Şəxs izahatını Göyçay rayon Polis Şöbəsində o, almış, X8 öz xətti ilə izahatı yazmış və imzalamışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatın güya onan tərəfindən yazılmaması həqiqətə uyğun deyil. Məhkəmədə şahid qismində izahat vermiş X9 göstərmişdir ki, Göyçay rayonu, Hacalıkənd kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində vaxt keçirməsi üçün küçəyə çıxmış, küçədə həmkəndliləri Şəxs, X6 və X4 görərək onların yanına getmiş, onların 20 qəpikdən kartla qumar oynadığını görmüşdür. Təxminən 40 dəqiqəyə qədər onlar qumar oynayarkən yanlarında olmuş, lakin o, qumar oyununda iştirak etməmişdir. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, onların qumar oynadıqlarını görüb yerdə olan 1 manat 10 qəpik pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüş və onları rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində izahat vermiş X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində Şirvan kanalının üstündə yolun kənarında yerləşən dayanacaqda həmkəndliləri X12 ilə birlikdə 20 qəpikdən kartla qumar oynamış,bir qədər sonra yanlarına Şəxs gəlmiş və onlar təxminən 40 dəqiqə Əziz Əhmədov və Şəxslə birlikdə üçü birlikdə qumar oynamışlar.Onlar oynamağa davam edəndən təxminən 20 dəqiqə sonra X10 da yanlarına gəlmiş,lakin Sənan onlarla bərabər oynamamışdır.Daha sonra əraziyə polis əməkdaşları gəlmiş,onların qumar oynadıqlarını görüb yerdə olan 1 manat 10 qəpik pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüş və onları Göyçay rayon Polis Şöbəsinə aparmışlar. 28 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola 1 manat 10 qəpik pul vəsaiti və 36 ədəd kart əlavə edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarlarının surətlərindən görünür ki, X11 və X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 1 manat 10 qəpik pul vəsaiti və 36 ədəd uart müsadirə edilməklə 3000 manat məbləğində cərimə edilmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 1 manat 10 qəpik pul vəsaiti və 36 (otuz altı) ədəd kart müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar