Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-774/2024 20.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, xx.xx.1952-ci ildə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 16 avqust 2024-cü il tarixdə şəxsi münasibətlər zəminində özünü mobil telefon vasitəsilə video görüntüsünü çəkərək informasiya ehtiyatında «İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın,yəni Göyçay rayonu Hacalıkənd kənd sakini Eldar Şıxaliyevin və Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X5 əlbir olaraq Göyçay rayon ərazisində texnika və yük avtomobillərini idarə edən sürücülərdən pul almaqları ilə əlaqədar böhtan xarakteri daşıyan məlumatların yerləşdirilməsinə yol vermişdir. İnzibati xəta hadisənin olması 20 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı,habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Eldar Şıxəliyev onun bacısı oğludur. X8rşı heç bir düşmənçiliyi olmasada ədavəti vardır. xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri ərazisində yerləşən çayxanaların birində özünü mobil telefon vasitəsi ilə video çəkməyə başlamışdır. Videoçəkilişdə o çıxış edərək X7 RPŞ-nin YPX əməkdaşı Şahin adlı şəxlə birlikdə rayon ərazisində olan texnikaların sürücülərindən rüşvət almaları ilə əlaqədar ifadələr işlətmişdir.Həmin məlumatların həqiqəqə uyğun olması barədə hər hansı bir sübutu yoxdur.Həmin videoçəkilişi isə tanışı X3 göndərmişdir ki, sosial şəbəkələrdə paylaşsın. İşə əlavə edilmiş 20 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs və X2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığı üçün barələrində toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Şəxs və X2 əməllərində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddələrinin tərkib əlamətləri vardır. Buna görə də Şəxs və Rəvan Mustafayev barələrində inzibati tədbir görülməsi məsələsinə baxılması məqsədilə qərarın surəti aidiyyatı üzrə Göyçay rayon polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, Şəxs Göyçay rayonu Hacalıkənd kənd sakini Eldar Şıxalıyevin və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X5 əlbir olaraq Göyçay rayon ərazisində texnika və yük avtomobillərini idarə edən sürücülərdən pul almaqları ilə əlaqədar məlumatlarla çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. «İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar. Göründüyü kimi informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xətanın tərkibini yaradır. Böhtan xarakteri daşıyan məlumatlar dedikdə isə,yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan,doğru olmayan məlumatların yayılması başa düşülür. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaydığı məlumatların doğru olmasını təsdiq edən hər hansı bir sübutu təqdim edə bilməmiş, həmin məlumatların yayılması baş vermişdir.Belə olan halda ,hesab edirəm ki,yayılmış məlumatlar böhtan xarakteri daşıyan məlumatlar hesab olunmalı,həmin məlumatlar yayılması qadağan edilən informasiya olmasına baxmayaraq informasiya ehtiyatında həmin məlumatların yerləşdirilməsinə yol verilmiş,bununla da Şəxs əməlində İXM-in 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən xətanın informasiyadan istifadə edilməsi,onun yayılması və mühafizə qaydaları əleyhinə olması barədə xarakteri,inzibati xəta törədən şəxsin yaşı (72 yaş), əməlin qəsdən törədilməsi, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-774/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-774/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver