Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1353/2023 19.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən 31 iyul 2023-cü il tarixdə Şəxs barəsində EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, "xxxx" MMC 32.810 ABŞ dolları məbləğində vəsaiti 22 İyun 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 32.810 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 İyun 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankı və Şəxs lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin direktoru X1 tərəfindən məhkəməyə müraciət göndərilərək həmin inzibati xəta haqqında işin başlanmasına səbəb olan Mərkəzi Bank tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla bağlı bildirilmişdir ki,: 17 iyun 2021-ci il tarixdə Ukrayna Respublikasının Xarkov şəhərində "BİG-X TRADE” MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən təchizatçı tərəf kimi "Maqnit” MMC alıcı tərəf kimi "xxxx" MMC-nin sifarişinə uyğun müxtəlif növ dəmir qapaq hazırlayıb ona təhvil verməli idi. Müqaviləyə uyğun tərəfindən sifariş verilmiş malın dəyərinin ödənilməsindən ötrü təchizatçının müvafiq hesabına 22 iyun 2021-ci il tarixdə 32.810 ABŞ dolları vəsait köçürülmüşdür. Lakin təchizatçı tərəf hazırki vaxta kimi müqavilə üzrə öhdəliyini icra edə bilməmişdir. "xxxx" MMC tərəfindən Cəmiyyətə elektron poçt vasitəsi ilə ünvanlanmış 08 avqust 2023-cü il tarixli məktubunda qeyd edilir ki, “ölkədə hərbi vəziyyət elan edildiyindən Ukrayna Milli Bankın “Hərbi vəziyyət dövründə bank sisteminin fəaliyyətinə dair” 18 saylı qərarı Ukraynanın qeyri rezident banklara valyutanın köçürülməsini qadağan edir. Ona görə də köçürülən vəsaiti qaytarmaq mümkün deyildir. Qeyd olunan müqaviləyə uyğun malın və ya həmin malın pulunun onlara təhvil verilməməsinin səbəbi Ukrayna Respublikasında gedən hərbi əməliyyatlar və bu səbəbdən ölkədə hərbi vəziyyətin elan edilməsidir. Beləliklə də, Şəxs MMC tərəfindən qeyd olunan müqavilə üzrə hərəkətləri tam qanunidir. Təchizatçı tərəfin isə öhdəliyinin icra edə bilməməsinin səbəbləri fors-major halla bağlıdır, yəni, təchizatçının yerləşdiyi ölkədə gedən hərbi əməliyyatlarla bağlı elan edilmiş hərbi vəziyyətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********144500 saylı çıxarışdan və “kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” şəhadətnamədən görünür ki, Şəxs MMC xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır, hüquqi ünvanı Lənkəran rayonu, Xarxatan kəndidir. VÖEN: **********. "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 2 saylı müqavilədən görünür ki, həmin müqavilənin şərtlərinə əsasən, birinci tərəf (təchizatçı) metal qapaqlar hazırlayaraq ikinci tərəfə (alıcıya) təhvil verməyi, ikinci tərəf də müqavilədə qeyd edilmiş malı qəbul etməyi və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə sifarişin dəyəri 32.810 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Təchziatçı tərəfindən 32.810 ABŞ dolları vəsaitin köçürülməsi ilə əlaqadar alıcıya hesab-faktura təqdim edilmişdir. Şəxs MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə ilə ərizəçinin bank hesabından Ukraynanın Xarkov şəhərində yerləşən "xxxx" MMC-nin “AlfaBank”da yerləşən bank hesabına 32.810 ABŞ dolları məbləğində vəsaitin köçürülməsi xahiş edilmişdir. "xxxx" ASC-dən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli KB-83/2-110/2023 saylı məktubun məzmunundan görünür ki, 22xx.xx.2021-ci il tarixlərində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri "xxxx" ASC-yə tam olaraq təqdim etməyən müştərilər arasında Şəxs MMC də mövcuddur. Məktuba əlavə olan çıxarışda Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" vasitəsilə köçürülmüş 32.810 ABŞ dolları məbləğində vəsaitin bəyan edilmədiyi qeyd edilmişdir. "xxxx" MMC-nin direktoru R.Kuzneçsova tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 2 saylı müqavilə əsasında xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 32.810 ABŞ dolları ödənilmişdir. Ölkədə hərbi vəziyyətin elan edilməsi və Ukraynanın Xarkov şəhərinin daimi atəşə tutulması nəticəsində müəssisə ağır maddi və xammal çətinliyi ilə üzləşmişdir. "xxxx" MMC-nin direktoru R.Kuzneçsova tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda ölkədə (Ukraynada) elan edilmiş hərbi vəziyyətlə və Ukrayna Milli Bankı tərəfindən qəbul edilmiş “Hərbi vəziyyət dövründə bank sisteminin fəaliyyəti ilə əlaqadar” 18 saylı qərara əsasən, qeyri rezidentlərin bank hesablarına valyuta ödənişlərinin qadağan edilməsi səbəbindən Şəxs MMC-yə ödənişin geri qaytarılması mümkün deyildir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən 31 iyul 2023-cü il tarixdə tərtib edilmiş EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilmişdir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş sənədlərlə və hazırki məhkəmə araşdırması ilə nəticə etibarilə müəyyən olundu ki, "xxxx" MMC ilə Şəxs MMC arasında "metal qapaqların hazırlanaraq təhvil verilməsi” barədə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, müqavilədə sifarişin dəyəri 32.810 ABŞ dolları məbləğində razılaşdırılmış və həmin məbləğ Şəxs MMC təfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin hesabına ödənilmişdir. Hazıradək müqavilədə nəzərdə tutulmuş mal sifarişçiyə çatdırılmamış və ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. İşin faktiki hallarından müəyyən edilir ki, müqavilədə qeyd edilmiş malların hazırlanaraq təhvil verilməməsi və müqaviləyə dair ödənilmiş valyuta vəsaitinin geri qaytarılmaması Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki,: bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Ukrayna Milli Bankının “Hərbi vəziyyətin tətbiqi zamanı bank sisteminin fəaliyyəti haqqında” 24 fevral 2022-ci il tarixli, 18 saylı Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “səlahiyyətli qurumlara Ukraynadan valyuta dəyərlərinin transsərhəd köçürmələri, rezident banklarda açılmış qrivna, xarici valyutada qeyri-rezident bankların müxbir hesablarına vəsaitlərin köçürülməsi, o cümlədən müştərilərin adından edilən köçürmələr (istisnalar xaric edilməklə) qadağan edilmişdir. Qərarın müvafiq maddəsində qeyd edilən “istisnalar”da hazırki inzibati xəta haqında iş üzrə Şəxs MMC ilə "xxxx" MMC arasında olan pul köçirməsinə dair xüsusat nəzərdə tutulmamışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC-nin hüquqi ünvanı Ukrayna Respublikası, Xarkov şəhəri, Mexanizator küçəsi, 2 ünvanında yerləşir. Ukrayna ərazisində hərbi vəziyyətin tətbiq edildiyi və Xarkov şəhərində hərbi əməliyyatların aparıldığı hamıya bəlli olan haldır. İş materiallarında olan "BİG-X TRADE” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2 saylı müqavilənin 6-cı bəndində fors-major hal kimi “hərbi əməliyyatlar” nəzərdə tutulmuş və həmin halda tərəflərin müqavilə üzrə öhdəliklərindən tam və ya qismən azad olunduğu qeyd edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, qeyd edilən vəziyyətdə, yəni "xxxx" MMC-nin yerləşdiyi Ukrayna Respublikasının Xarkov şəhərində hərbi əməliyyatlar aparıldığı, hərbi vəziyyətin tətbiq edildiyi və Ukrayna Milli Bankının qərarı ilə xarici valyutada qeyri-rezident bankların müxbir hesablarına vəsaitlərin köçürülməsi qadağan edildiyi səbəvindən xx.xx.2021-ci il tarixli, 2 saylı müqavilənin şərtləri tərəflərin iradəsindən asılı olmayan səbəbdən icra ediməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli, EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən əmələ görə inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1353/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1353/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver