Məhkəmə qərarları › İş №3(051)-1022/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-1022/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-1022/2023 30.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1980–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir ŞPŞ İTB-nin sahə rəisi Nicat Mustafayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində tanımadığı şəxsdən əldə etdiyi pirotexniki vasitələri Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Kolxoz bazarının qarşısında satmaq istədiyi aşkar olunmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 45 manat dəyərində pirotexniki məmulatı dayısına pul qarşılığında verməmişdir. Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Kolxoz bazarının qarşısında maşına mal yığmaq üçün dayanmışdır. Həmin vaxt polis əməkdaşları onun avtomobilinin yük yürini açdırıb baxış keçirdikləıri zaman, onun öz uşaqları üçün aldığı pirotexniki məmulatları götürmüşlər. Halbuki, o, həmin pirotexniki məmulatları satış məqsədi üçün deyil, öz uşaqları üçün almışdır. Ondan başq o, həmin pirotexniki məmulatları heç kimə satmamışdır. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində tanımadığı şəxsdən əldə etdiyi pirotexniki vasitələri Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Kolxoz bazarının qarşısında satmaq istədiyi aşkar olunmuşdur. İşə əlavə edilmiş inzibati xətanın törədilməsində aşkar olunmuş əşyaların götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Kolxoz bazarının qarşısında Şəxs “Petards” 840 ədəd istifadə olunmamış maddə; “Cracker” adlı pirotexniki maddə 80 ədəd; “Super Purate” adlı pirotexniki maddə 36 ədəd; “Mega EK23” markalı pirotexniki maddə 78 ədəd; “Super top” 40 ədəd; “TP8” 38 ədəd; “Grazy Robots” 18 ədəd; “müxtəlif adlarda və müxtəlif ölçülərdə” 34 ədəd fişəng; “Color salute” 66 ədəd satışı qadağan olunmuş pirotexniki məmulatlar aşkar olunaraq götürülmüş və maddi sübut kimi saxlanması üçün onun iştirakı ilə Mingəçevir ŞPŞ-də təhvil verilmişdir. İşə əlavə edilmiş 008154 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, vəsiqə Şəxs xx.xx.2022-ci il tarixdə verilmişdir. Vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, işdə olan sənədlər və digər iş materialları ilə Şəxs satılması qadağan olunmuş malları satması müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən edilir ki, Şəxs 45 manat dəyərində pirotexniki məmulatı dayısına pul qarşılığında verməmiş, satış etmək məqsədi olmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin satılması qadağan olunmuş malları satması müəyyən edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs “Petards” 840 ədəd istifadə olunmamış maddə; “Cracker” adlı pirotexniki maddə 80 ədəd; “Super Purate” adlı pirotexniki maddə 36 ədəd; “Mega EK23” markalı pirotexniki maddə 78 ədəd; “Super top” 40 ədəd; “TP8” 38 ədəd; “Grazy Robots” 18 ədəd; “müxtəlif adlarda və müxtəlif ölçülərdə” 34 ədəd fişəng; “Color salute” 66 ədəd pirotexniki məmulatların a dövriyyədə olmasına xüsusi icazə tələb olunduğundan və hazırda isə Şəxs mülki dövriyyəsi məhdudlaşdırılmış həmin pirotexniki məmulatları satmasına və saxlamasına xüsusi icazəsi olmadığına görə aşkar edilərək götürülmüş pirotexniki məmulatlar qanunda nəzərdə tutulmuş qaydada mülki dövriyyədən çıxarılmalıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, ”Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Şəxs isə həmin malların satmasına xüsusi icazəsi olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş Şəxs aşkar edilərək götürülmüş, mülki dövriyyəsi məhdudlaşdırılmış, 840 ədəd “Petards”, 80 ədəd “Cracker”, 36 ədəd “Super Purate”, 78 ədəd “Mega EK23”, 40 ədəd “Super top”, 38 ədəd “TP8”, 18 ədəd “Grazy Robots” 34 ədəd “müxtəlif adlarda və müxtəlif ölçülərdə” fişəng, 66 ədəd “Color salute” markalı pirotexniki məmulatlar mülki dövriyyədən çıxarılsın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar