Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-179/2024 18.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Qida X5 X13 nümayəndələri: Nümayəndə1 və Nümayəndə2 Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs: X4 iştirakı ilə Azərbaycan Respublikasının Qida X5 X13 vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qida X5 X13 vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X8 Azərbaycan Respublikasının Qida X5 X13 vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Vitamin” aptekində işləyir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində işlədiyi aptekdə olan zaman oraya Qida X5 X16ndən 2 nəfər əməkdaş gəlmişdir. Yoxlamaya gələn AQTA-nın əməkdaşları aptekdə özlərinə aid olan və olmayan hər şeyə nəzər yetirmişlər, ancaq heç bir qanun pozuntusu aşkar etməmişlər. Onlar apteki tərk edib getdikdən sonra xx.xx.2024-cü il tarixdə ona məktub ünvanlamışlar. O, həmin məktubu açıb baxarkən, X9 X2 barəsində İXM-in 220.2 və 444.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etdiklərini görmüşdür. Bundan sonra özünə də maraqlı gəldiyi üçün İXM-in həmin maddələri ilə maraqlanmışdır. İXM-in 220.2-ci maddəsində, yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması, 444.1-ci maddəsində isə malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə inzibati məsuliyyət yaranması göstərilmişdir. X9 X3 poçt vasitəsi ilə göndərilən protokolda bioloji qida məhsulları ilə dərman vasitələrini birlikdə saxladığı, pəncərədə qoruyucu torun olmaması və anbarda havalanma sisteminin olmaması göstərilmişdir. İlk növbədə qeyd edir ki, AQTA-nın əməkdaşları əgər apteki yoxlayan zaman hər hansı nöqsan və ya qanunsuzluq aşkar etmişdilərsə, nə üçün orada bunu onlara bildirməyib inzibati xəta haqqında protokolu yerindəcə tərtib etməmişlər. Həmçinin göndərdikləri protokolda qeyd edilib ki, o, imza etməkdən imtina etmişdir. Ona nəyi göstərib izah ediblər ki, o da imtina etmişdir. Ümumiyyətlə, Qida X5 X13 əməkdaşları protokolun tərtib edilməsi barədə heç bir məlumat verməmişlər, özləri apteki tərk edib getdikdən sonra saxta protokol tərtib edib poçt vasitəsi ilə ünvanına göndərmişlər. Buna görə də o, Qida X5 X13 əməkdaşlarının tərtib edib göndərdikləri inzibati xəta haqqında protokolda qeyd edilənlərin heç biri ilə özünü təqsirli bilmir. Çünki tərtib edilən protokol düzgün deyildir. Onlar yoxlama zamanı həmin nöqsanları aşkar etməyiblər. İnzibati xətaya dair işə baxılması üçün onu dəvət etsələr də, artıq rəhbərlik tərəfindən qərar qəbul olunmuş və ona artıq hazır qərarı təqdim edərək imzalatmışlar. Qanunvericilikdə malların anbarda saxlanması yox, vitrində saxlanması qaydasına nəzarət olunmaması nəzərdə tutulub, çünki "xxxx" MMC-dən bu qaydada malı həmin vaxt gətirib təhvil vermişlər və yoxlama gəldiyi üçün yerləşdirə bilməmişlər. Odur ki, Azərbaycan Respublikasının Qida X5 X13 vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində qərar çıxarılmış X8 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi və təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Qida X5 X13 nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etmədi və göstərdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2024-cü il tarixli KY242075188 nömrəli çıxarışa və Azərbaycan Respublikasının X9nin yoxlamanın aparılması haqqında xx.xx.2024-cü il tarixli MARB-YP- 048 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-yə məxsus “Vitamin” aptekdə yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlara əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü və 101.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətaya dair işə baxılması üçün tərəf dəvət edilmiş, A.Əliağazadənin iştirakı ilə baxılmış və xx.xx.2024cü il tarixdə qərar qəbul edilmişdir, qərarın surəti təqdim edilmişdir. “Vitamin” aptekdə yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlar – bioloji aktiv qida əlavələri 0dərman vasitələri birlikdə saxlanılmış, yəni mal qonşuluğu qaydaları pozulmuş, anbarda havalandırma olmamış, pəncərədə qoruyucu tor olmamışdır. Hesab edir ki, barəsində qərar çıxarılmış X4 şikayəti əsassızdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Qida X5 X13 nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı Nümayəndə1 ilə eyniməzmunlu izahat verərək məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndələrinin izahatlarını, həmçinin digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, inzibati xəta haqqında qərar isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X5 X13 xx.xx.2024-cü il tarixli MARB-YP-048 nömrəli baxış keçirilməsinə dair aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Vitamin” aptekdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək planlı yoxlama aparılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında “Vitamin” aptekdə bioloji aktiv qida məhsulu ilə dərman vasitəsinin birlikdə saxlanıldığı, pəncərədə qoruyucu torun olmadığı, anbarda havalandırma olmadığı müəyyən edilmiş, vəzifəli şəxs X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vəzifəli şəxs X8 izahat verməkdən imtina etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli yoxlama materiallarına baxılmasına dair bildirişdən görünür ki, Azərbaycan Respublikasının Qida X5 X16 tərəfindən X6 xx.xx.2024-cü il tarixdə saat 11:30-da yoxlamanın nəticələrinə dair materiallara baxılmasıilə bağlı iclasda iştirak etmək üçün ünvan 2 ünvanında yerləşən X14 gəlməsi və iş üzrə bütün sübutların təqdim edilməsi təklif edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X8 Azərbaycan Respublikası İXM-in 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida X5 X13 yoxlamanın nəticələri üzrə xx.xx.2024-cü il tarixli MARB-YP-048 nömrəli qərarından görünür ki, "xxxx" MMC-yə məxsus aptekdə yoxlama zamanı nöqsanlar aşkar edilmişdir. Aptekdə müvafiq qaydada yerləşdirilmiş təbii, ümumi mübadiləli və öz-özünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmamış, aptekdə xaricə açılan pəncərələr həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmamışdır. Aptekin anbar hissəssində mal qonşuluğu qaydalarına riayət olunmur. Belə ki, bioloji aktiv qida əlavələri və dərman vasitələri birlikdə saxlanılmışdır. İnzibati xəta əlamətləri aşkar edildiyi üçün inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilməsi qərara alınmışdır. İşdə olan qəbzdən görünür ki, X8 Azərbaycan Respublikasının Qida X5 X13 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətini 28 fevral 2024-cü il tarixdə, saat 15:27-də almışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, vəzifəli şəxs X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikasının Qida X5 X13 vəzifəli şəxsi tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Barəsində qərar çıxarılmış X1 şəhəri, M.Maqomayev küçəsi 18 ünvanında yerləşən “Vitamin” aptekdə heç bir qanun pozuntusunun aşkar edilmədiyini bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair əsaslı sübutlar təqdim etməmişdir. Ona görə də X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında qərar verilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmçinin vəzifəli şəxs X8 protokolun tərtib edilməsi barədə heç bir məlumat verilmədiyini qeyd etsə də, işdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlərlə şikayət verən şəxsin istinad etdiyi dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat verməkdən, yəni protokolu imzalamaqdan imtina etməsi barədə protokolda müvafiq qeyd aparılılmış, həmçinin qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs tərəfindən inzibati materiala baxılmasının yeri və vaxtı barədə barəsində protokol tərtib edilmiş şəxsə inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək və zəruri sübutları təqdim etmək üçün qanunda nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 4.7-ci bəndinə əsasən malların anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi tələblərinə və satışı zamanı mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət edilməlidir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.4-cü maddəsinə əsasən bioloji fəallığa malik qida əlavələrinin satışı aptek təşkilatlarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir. Aptek təşkilatlarında bioloji fəallığa malik qida əlavələri onlar üçün ayrılmış rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmalıdır. Həmin rəf və dolabların ön tərəfinin yuxarı orta hissəsində rəfin və dolabın eninin 60 faizindən az olmayan hissəsini əhatə edən və ən azı “Arial 75” şriftində olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə birinci sətirdə “BİOLOJİ FƏALLİĞA MALİK QİDA ƏLAVƏLƏRİ” sözləri və onun altında “DƏRMAN VASİTƏSİ DEYİLDİR” sözləri yazılmalıdır. Göründüyü kimi Qanunverici bioloji fəallığa malik qida əlavələriinin anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi zamanı mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət edilməsi, həmçinin aptek təşkilatlarında onların dərman vasitələrindən ayrı saxlanılması ilə bağlı imperativ qayda müəyyən etmişdir. Belə olan halda qərarı barəsində şikayət edilmiş vəzifəli şəxs barəsində qərar çıxarılmış şəxsin əməlində inzibati xəta tərkibinin olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Qida X5 X13 vəzifəli şəxsi tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X4 şikayəti təmin edilməməlıdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida X5 X13 vəzifəli şəxsinin, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlansın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-179/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-179/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver