Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-468/2021 10.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, “Mingopark” restoranının meneceri vəzifəsində işləyən, Mingəçevir şəhəri Azərbağ 156 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs 07 may 2021-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri V.Hüseynov küçəsində yerləşən «Mingo Park» ailəvi istirahət mərkəzində 20 nəfərdən ibarət toy məclisinin keçirilməsinə şərait yaratmaqla Azərbaycan Respublikası ərazisində elan olunmuş xüsusi karantin rejim qaydalarını kobut surətdə pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri V.Hüseynov küçəsində yerləşən «Mingo Park» ailəvi istirahət mərkəzinnin meneceri vəzifəsində çalışır. Özü həmin gün restoranda olmamışdır. Meneceri olduğu «Mingo Park» ailəvi istirahət mərkəzində belə bir məclisin təşkil olmasındadnda məlumatı olmamışdır. Bundan əlavə restoranda təşkil olunan yınıcaq toy olmayıb sadəcə olaraq normal müştəri qəbulu olub. Bunu disk görüntüləridə təsdiq edər ki, orada əyləşən müştərilər toya yox sadəcə əylənmək üçün gələn müştərilərdi. Meneceri olduğu ailəvi istirahət mərkəzində həmçinin 49 nəfərin müştəri kimi qəbulunada icazə verilir. Hesab edir ki, onun barəsində tərtib olunan protokol əsassızdır. Ona görə də protokol əssasız olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Protokola əlavə edilmiş 07 may 2021-ci il tarixli izahatdan görünür ki, X4 07 may 2021-ci il tarixdə saat 13:00 radələrində Mingəçevir şəhəri V.Hüseynov küçəsi yerləşən “MingoPark” ailəvi istirahət mərkəzində qızı üçün iyirmi nəfərdən ibarət məclis keçirdiyini izahatında göstəmişdir. İşə əlavə edilmiş AR-İİ№ saylı etibarnamədən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan X1 şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 2, mənzil 22 ünvanda qeydiyyatda olan Şəxs etibarnamədə qeyd olunan səlahiyyətləri adından icra etməyi etibar etmişdir. İş materiallarından, Şəxs izahatından və portaldan çıxarışdan da görünür ki, o, etibarnamə əsasında «Mingo Park» ailəvi istirahət mərkəzinnin meneceri vəzifəsində olduğu üçün vergi ödəyicisidir. Fəaliyyəti davam edir və fəaliyyətini dayandırmamışdır. Qanunun tələbindən də bilindiyi kimi Şəxs hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda Şəxs vəzifəli şəxs sayılır və buna görə də sözügedən maddə ilə vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X5 şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. İşə əlavə edilmiş diskə video baxış keşirdikdə məlum olur ki, «Mingo Park» ailəvi istirahət mərkəzində həqiqətəndə təxminin 20 nəfərin iştirakı ilə məclis təşkil olunmuşdur. Bundan əlavə masaların bir birinə yaxın olmas, orada əyləşən müştərilərində bir biri ilə yaxın münasibətlərinin olması, tez tez əyləşdikləri masadan qalxaraq digər masada əyləşən müştərilərlə yaxın və xoş münasibət qurması, eyni zamanda həmin müştərilərin masanı bir yerdə tərk edərək yenidən bir yerdə masaya yaxınlaşması orada bir biri ilə yaxın münasibətəri olan qohumların iştirakı ilə məclisin təşkil olunmasını sübut edir. Həmçinin restoranda təşkil olunan məclisdə masaların üzərində menyularında eyni olması diqqətdən yayınmır. Belə ki, hər masanın üzərində düzülmüş yemeklər və içkilər eyni menyunu təşkil edir. Bundan əlavə ailəvi istirahət mərkəzində təşkil olunmuş məclisdə iştirak edən X2 həmin gün verdiyi izahatında 07 may 2021-ci il tarixdə saat 13:00 radələrində Mingəçevir şəhəri V.Hüseynov küçəsində yerləşən “MingoPark” ailəvi istirahət mərkəzində qızı üçün 20 nəfərdən ibarət məclis keçirdiyini öz izahatı ilə təsdiq etmişdir. Bütün bular ona əsas verir ki, “MingoPark” ailəvi istirahət mərkəzində Azərbaycan Respublikası ərazisində elan olunmuş xüsusi karantin rejim qaydalarını kobut surətdə pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-468/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-468/2021
10.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver