Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-501/2025 12.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2024cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2024cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, həmin maddənin mahiyyəti lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmanı nəzərdə tutur. Düzdür o, tibbi fəaliyyətlə məğul olur. Lakin hesab edir ki, onun İXM-nın qeyd olunan maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı tam olaraq qanunsuz və əsassızıdır. Belə ki, ilk olaraq onu qeyd edir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti fiziki şəxsin vergi uçotu haqqında ********** Qeydiyyat №-li Şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Həmin vaxtdanda qeyd olunan tibbi fəaliyyətlə məşğuldur. Fəaliyyət göstərdiyi müddətdə bir neçə dəfə lisenziya almaq üçün müraciət etmişdir. Sonuncu belə müraciətdən sonra Azərbaycan Respublikası İqtisdadiyyat Nazirliyi ona göndərdiyi 28 iyul 2020-ci il tarixli məktubunda qeyd etdiyi səbəblər əsasından lisenziyanın verilməsindən imtina etmişdir. Həmin məktubu şikayətinə əlavə etmişdir. Bundan əlavə Bütün dünyada eləcə də Azərbaycan Respublikasında sürətlə yayılan COVİD 19 virusuna yolxuma səbəb ilə o, 2020-ci il tarixdə 8 ay müddətinə Goranboy rayonunda həmin xəstəliyə yolxumağı ilə əlaqədar olaraq stasionar şəraitdə müayinə almış və 8 ay xəstəxanada yatmışdır. Həmin müddət ərzində o, tibbi fəaliyyətlə məşğul ola bilməmişdir. O, dəfələrlə lisenziyanı əldə etmək istəsə də mümkün olmamışdır. Bundan əlavə, 24 may 2021-ci il tarixdə onunla Azərbaycan Metrologiya İnstitu Publik hüquqi şəxs arasında xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmış, həmin müqaviləyə əsasən nəzərdə tutulmuş həcmdə və şərtlərlə ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlanılması və yoxlama nəticəsində yaralı olduğu hallarda şəhadətnəmanin verilməsi üzrə xidmətlərin göstərilməsini öz öhdələrinə götürmüşlər. Həmçinin sınaq avadanlıqlarının metroloji attestasiyası haqqında 25 may 2022-ci il tarixədək attestat da almışdır. Ən əsası qeyd etmək istədiyi məqam və ən vacibi odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin həmin protokol onun iş yerində deyil Bakı şəhərində onun iştirakı olmadan tərtib edilmişdir. Protookol tərtib edilərkən onun bu barədə heç bir məlumatı olmamışdır və protokola heç bir imza etməmişdir. Ümumiyyətcə o, həmin protokolu görməmişdir. Buda ona deməyə əsas verir ki, protokol tərtib edilərkən qanunla müəyyən olunmuş qaydalara əməl edilməmiş, o, həmin protokolun kim tərəfindən tərtib edildiyini hansı qaydada tərtib edildiyini və hansı tarixdə tərtib edildiyindən heç bir məlumatı olmayıb. Protokolla tanış olmaq üçün onu dəvət etməmişdirlər. Əgər dəvət edilsə idi, lazımi sənədləri də özü ilə aparacaqdı. Hazırki vəziyyətdə isə o, protokolla qəti razılaşmır. Ona məlum deyil ki, həmin protokol səlahiyyətli şəxs tərəfindən tərtib olunubmu və ya protokol qanunla müəyyən olunmuş qaydada tərtib edilmişdirmi. Onu protokolla tanış etmədikləri üçün o, həmin protoklun onun əleyhinə olması ilə bağlı hər hansı müdafiəni həyata keçirə bilmir. Düşünr ki, bu hal Məhkəməyə də məlum olmayacaq çünki qeyd olunan protokol yoxdur. Ona sadəcə inzibati tənbeh olunma haqqında 13 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarın surəti göndərildikdən sonra məlum olmuşdur ki, onun barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Bundan əlavə təxminən 2024-cü ilin noyabr ayında onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə çağırdılar və orada ona bildirdilər ki, onu fiziki şəxs kimi 600 və ya 1000 manat məbləğində cərimə edəcəklər. Daha sonra ona dedilər ki, siz gedə bilərsiniz. Daha ona aydın olmadı ki, onu nə üçün ora çağırılmışdır. Hesab edir ki, protokol tərtib edilmişdirsə onu o protokolla tanış etməli idilər. Barəsində tərtib edilmiş protokol qanunsuz tərtib edilmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 dekabr 2024-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Sübutların tədqiqi: İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə fərdi sahibkar X4 tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar olunduğundan, onun barəsində AR İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X3 İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə edilmişdir. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və izahatında lisenziya olmadan stomatoloji fəaliyyətlə məşğul olduğunu, təxminən 300 manat gəlir əldə etdiyini qeyd etmişdir. İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş çıxarışdan görünür ki, X3 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cari fəaliyyətinin yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli lisenziyanın verilməsindən imtina olunması haqqında məktubdan görünür ki, lisenziya əlavəsinin verilməsi üçün müraciət olunan Mingəçevir şəhəri, Nizami ünvan 2 ünvanda yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi zamanı çatışmazlıqların olduğu müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayəti, izahatları və iş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir və barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan məlumatlı olması müəyyən olunur. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı xx.xx.2024-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-501/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-501/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver