Məhkəmə qərarları › İş №3(056)-1611/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1611/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1611/2025 22.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu Əsədli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.1-ci-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN 2391107№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin X1 sahə rəisi, X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2391107№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Soltanov X2 Xətalar Məcəlləsinin 272-1 və 590.1-ci-ci maddələri ilə təqsirləndirilir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Əsədli kəndi ərazisində çöl sahəsində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla qeydiyyatda olan “İj-27E” markalı, qoşa lülə, 12 çaplı, C-01461 nömrəli yivsiz ov silahı saxlanılması və daşıma qaydalarını pozmaqla həmçinin lazımi icazə olmadan yeddi ədəd çöl göyərçini ovlamışdır. Bu əməllərinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 272-1 və 590.1-ci -ci maddələrində nəzərdə tutlmuş inzibati xətaların törətməsinə dair xx.xx.2025-ci il tarixli MN 2391107№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsədə, o, məhkəmədə iştirak etməmiş həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim edilməmişdi. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Əsədli kəndi ərazisində çöl sahəsində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla qeydiyyatda olan “İj- 27E” markalı, qoşa lülə, 12 çaplı, C-01461 nömrəli yivsiz ov silahı saxlanılması və daşıma qaydalarını pozmaqla həmçinin lazımi icazə olmadan yeddi ədəd çöl göyərçini ovlamışdır İXM-nın 272-1-ci maddəsinə əsasən Ov etmək qaydalarının pozulması Bu Məcəllənin 272.3cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nın 590.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir Barəsində inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 272-1 və 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi onun özünün etirafedici və izahatı ilə yanaşı, həmçinin onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN 2391107№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməllərini düzgün olaraq İXM-nın 272-1 və 590.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 272-1 və 590.1-ci maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 272-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nın 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 272-1 və 590.1-ci maddələri ilə inzibati xəta əməlləri törətmiş Şəxs həmin maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərim” növündə tənbehlə deyil, məhz “ov hüququ məhdudlaşdırılması” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 272-1-ci maddəsinin sanksiyası həddində ov hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməs, həmçinin inzibati xətanın predmeti olmuş “İj-27E” markalı, qoşa lülə, 12 çaplı, C-01461№-li yivsiz ov tüfənginin sahibi Şəxs qaytarılması daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2391107№-li inzibati xəta haqqında Protokola əsasən Soltanov X2 Xətalar Məcəlləsinin 272-1 və 590.1-ci-maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin və barəsində həmin maddələrin daha ciddi xətaya görə, yəni İXM-nın 272-1-ci maddəsinə əsasən onun ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi üzrə inzibati xətanın predmeti olmuş “İj-27E” markalı, qoşa lülə, 12 çaplı, C-01461№-li yivsiz ov silahı sahibi Şəxs qaytarılsın. Qərarın icrası ov silahının qaytarılması hissəsində Sabirabad rayon Polis Şöbəsinə, ov hüququ məhdudlaşdırılması hissəsində isə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar