Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1042/2025 10.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5 etibarnamə üzrə nümayəndəsi (atası) X3 iştirakı ilə, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Salyan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən MN №1786989 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən onu 3000 manat məbləğində cərimə etmişdirlər. Həmin normanın dizpozisiyasına əsasən müəyyən məişət tullantılarının basdırılması inzibati xəta tərkibi yaradır. İş orasındadır ki, həmin normanın pozulmasına əsas olan hərəkət və ya hərəkətsizliyin tərəfindən törədilməsi və ya ümumiyyətlə elə bir halın baş verməsi inzibati orqan tərəfindən sübuta yetirilməmişdədir. Odur ki, barəsində tərtib olurmuş əsassız və qanunsuz MN №1786989 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və qərar əsasında yazılmış cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 etibarnamə üzrə nümayəndəsi (atası) X10 izahatında bildirmişdir ki, “Masallı” restoranının ərazisində yerləşən dönərxana oğuna məxsusdur. Həmin ərazidə zibil tullantılarının atılması üçün hər hansı bir yer və ya qablar (urnalar) qoyulmamışdır. Buna görə də, ətrafda olan hər kəs tərəfindən zibil tullantıları həmin əraziyə atılmışdır. O, zibil tullantılarının hara atılması barəsində məlumatlandırılmamış, öncədən xəbərdar edilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, şikayətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsini dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X11 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, 13 mart 2025-ci il tarixdə saat 12:30-da mülkiyyətində olan obyektin faliyyəti zaman oradan formalaşan tullantılar yolun kənarında qazılmış xəndəkdə qalaqlanaraq yandırılması və basdırılması nəticəsində “Tullantılar haqqında” qanunun 12-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 13 mart 2025-ci il tarixdə saat 12:30-da mülkiyyətində olan obyektin faliyyəti zaman oradan formalaşan tullantılar yolun kənarında qazılmış xəndəkdə qalaqlanaraq yandırılması və basdırılması nəticəsində “Tullantılar haqqında” qanunun 12-ci maddəsinin tələbləri pozulmuşdur. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, № 89748 saylı Aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş İDN-li 28415 №-li şikayəti araşdırarkən Salyan rayonu Şəkərli kənd sakini Abdullayev İbadət “Masallı” kafesində ağacları kəsir və vətəndaşın obyektinin yanına gətirib tökür və zibillik edib məzmunlu müraciət etmişdir. Bununla əlaqədar araşdırma zərurəti yarandığından əraziyə şikayətçi X1 İ.Ə.D üzrə nümayəndə X4 və Yenikənd bələdiyyəsinin sədri X7 dəvət edərək onların iştirakı ilə birlikdə baxış keçirildi. Bu zaman müəyyən olundu ki, Yenikənd kəndi ərazisində köhnə Ələt-Astara yolunun kənarında fəaliyyət göstərən “Masallı” restoranının tullantıları yaxınlıqda qazılmış xəndəkdə qalaqlanır və mütəmadi olaraq yandırılır. Aşkar olunan faktla bağlı sözügedən obyektin sahibi X11 izahat verərək bildirdi ki, atası və əmisinin aralarında münaqişə yarandığından əmisi İsrafil Abdullayev dövlət orqanlarına qərəzli və əsassız şikayətlər edir. Ağacların kəsilməsi ilə bağlı polis şöbəsində araşdırma aparılıb. Ağacları yüksək gərginlik xəttə toxunduğu, qısaqapanma etdiyi üçün çoxsaylı təhlükə yaradırdı. Bu səbəbə atası həmin quru ağacları kəsmişdir. Tullantıları atdıqları barədə etdiyi şikayətə əsasən bildirir ki, zibil maşını yoxdur. Yeni zibil boçkası gətirmişdir. Onlarla bərabər kənd camaatı və digərləri oraya atır və həmin əraziləri zibilləyirlər. Araşdırma zamanı İsa Abdullayev ona məxsus obyektin tullantılarını idarə etmək üçün aidiyyatı təşkilatla müqaviləsi olmadığından təqdim etmədi. Bundan başqa ona məxsus obyektin ətrafında və yaxınlığında urnaların olmadığını müəyyən etdi. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən və DVD diskdə olan videoyazıdan görünür ki, “Masallı” restoranının ərazisində yerləşən dönərxananın fəaliyyəti zamanı oradan formalaşan tullantılar xəndəyin içərisində qalaqlanaraq bir hissəsi yandırılmış və basdırılmışdır. Videoyazıda barəsində protokol tərtib edilmiş şəxs İsa Abdullayev, onun atası İbadət Abdullayev, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Kamran Səmədov və digərləri iştirak etmişdir. Nümayəndənin “bəs siz zibili hara atırsız?” sualına cavab olaraq, X11 əli ilə zibillərin atıldığı yeri göstərmiş, “nə edək, məcbur olub yandırmışıq” kimi ifadələr işlətmiş, atası İbadət Abdullayev isə onlara zibillərin oraya atılmaması ilə bağlı xəbərdarlıq edilməməsini bildirmişdir. Nümayəndənin “tullantıları necə idarə edirsiz?” sualına cavab olaraq, İbadət Abdullayev əli ilə xəndəyi göstərərək, tərəflərindən zibillərin orada yandırıldığını göstərmişdir. Həmin diskdə olan videoyazıdan görünür ki, həmin ərazidə qalaqlanan tullantılar xırda məişət tullantılarıdır (plastik butulkalar, stəkanlar, qida qabları və s). Bundan başqa, iş materiallarında olan İsa Abdullayev tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, “...tullantıları atdığımız barədə etdiyi şikayətə əsasən bildirirəm ki, zibil maşını yoxdur, yeni zibil boçkası gətirmişik. Bunu da qeyd etmək istəyirəm ki, bizlə bərabər kənd camaatı və digərləri oraya atır və həmin əraziləri zibilləyirlər. İzahatı imzamla təsdiq edirəm.” İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “vergi məlumatları” bölməsində görünür ki, X11 vergi ödəyicisi kimi (VÖEN **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X11 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X5 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən 3000 (üç min) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1042/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1042/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver