Məhkəmə qərarları › İş №3(057)-1214/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1214/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1214/2025 19.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şirvan- Salyan regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şirvan- Salyan regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 07 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciətinə baxmaq üçün xx.xx.2025-ci il tarixli 3-17-5/2-95534/2025 nömrəli məktuba sənədlərin təqdim olunması üçün münasibət bildirilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC -yə və protokolu tərtib etmiş orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin Cəmiyyət və orqanın səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 07 noyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciətinə baxmaq üçün xx.xx.2025-ci il tarixli 3-17-5/2- 95534/2025 nömrəli məktuba sənədlərin təqdim olunması üçün münasibət bildirilməmişdir. ƏƏSMN-ə xx.xx.2025-ci il tarixli müraciət vərəqəsindən görünür ki, X2 Nazirliyə əmək hüquqlarının pozulması barədə müraciət etmişdir. Müraciət vərəqəsindən görünür ki, X2 hüquqi şəxs Şəxsndən şikayət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən Şəxs MMC-də “mühafizə rəisi” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. İddia edir ki, əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən ərizə yazmağa məcbur edilir. Vətəndaş bu hallardan narazıdır, araşadırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin Şəxsnə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həmin məktubun məzmunu vətəndaş X1 əmək hüquqlarının pozulması barədədir. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin Şəxs direktoru Aydın Dəmirova ünvanladığı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmasında iştirak etmək üçün xx.xx.2025-ci il tarix, saat 10:00-a Xidmətin Şirvan-Salyan regional şöbəsinə çağırılmışdır. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin Şəxs direktoru Aydın Dəmirova ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması (işdən çıxmaq barədə ərizə yazmağa məcbur edilməsi) barədə Azərbaycan Respublikası ƏƏSMN-ə etdiyi müraciətinə nazirlik yanında DƏMX-nin Şirvan-Salyan regional şöbəsində baxılır. Vətəndaşın müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə təqdim olunması xahiş olunmuşdur:

1. əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə);

2. işçinin işə giriş əmri, işdən çıxmaq üçün əsas olan hallar barədə məlumat;

3. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 15.5-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, mək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, yəni DƏMXnin Şirvan-Salyan regional şöbəsi tərəfindən işəgötürən Şəxs MMC-dən vətəndaş X1 əmək hüquqlarının pozulması (işdən çıxmaq barədə ərizə yazmağa məcbur edilməsi) barədə müraciəti əsasında vətəndaşın müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə təqdim olunması tələb olunmuşdur. Lakin cəmiyyət dövlət orqanının tələbinin icrasını təmin etməyərək müvafiq sənədləri təqdim etməmişdir. Halbuki, həmin dövlət orqanının müvafiq tələbinin icrası əmək münasibətlərinin iştirakçıları, o cümlədən işəgötürənlər tərəfindən imperativ qaydada həyata keçirilməlidir. Şəxs MMC-nin DƏMXnin Şirvan-Salyan regional şöbəsinin tələbini icra etməyərək müvafiq sənədləri təqdim etməməsi isə İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində İXM-in 539.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar