Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-750/2025 25.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 iştirakları ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X1 məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayon Qaraçala qəsəbəsi ərazisi 04 iyul 2025-ci il su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikası Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməmişdir. 4 saylı X2 rəisi, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən X7 barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X7 izahatında göstərdi ki, qeyd olunan ictimai iaşə obyekti çıxarışa əsasən onun mülkiyyətində olmasına baxmayaraq hazırda 9 iyul 2025-ci il tarixli “icarə müqaviləsi” əsasında üçüncü şəxslərin istifadəsindədir. Hazırda onun barəsində toplanmış materiallara münasibətdə qeyd etdi ki, həmin iaşə obyelti və qeyd olunan kanal sovet dönəmindən mövcuddur və kanalda təmizləmə işləri aparılarkən müəyyən mənada həmin kanalın yatağı genişlənməyə məxsus qalır və beləliklə həmin mühafizə zolağına duşən 0.5 m məsafə qısalır və qeyd olunan mühafizə zolağından kənarda yeni şambo və sanitar qovşağın tikilməsi barədə hər hansı başqa quruma müraciət etməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını və çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla X3 inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş materiallar: - 000805 nömrəli, 04 iyul 2025-ci il tarixli aktdan görünür ki, Suların istifadəsinə və X8 Xidmətinin 4 saylı X2 03 iyul 2025-ci il tarixli 02 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin Adminitrasiyasından Azərbaycan Dövlət X11 daxil olmuş Salyan rayon Qaraçala qəsəbə sakini X9 “Salyan rayon Qaraçala qəsəbəsi ərazisindən keçən suvarma kanalının mühafizə zonasında obyekt inşa edilməsi və çirkab suların kanala axıdılması” məzmunlu müraciəti yerində araşdırılmış, araşdırmada iştirakını təmin etmək məqsədilə şikayətçinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə saxlanılan əlaqə zamanı o, şəxsi işləri olduğundan araşdırmada iştirak edə bilməyəcəyini və araşdırmanın onun iştirakı olmadan aparılmasına etiraz etmədiyini bildirmişdir. Müraciətə əsasən “Vətən” kafesinə və yardımçı tikililərinə baxış keçirilmiş, obyektdə formalaşan maye tullantıların idarə olunması yoxlanılmışdır. Keçirilən baxış zamanı obyektə aid sanitar qovşağın suvarma kanalının mühafizə zonasında kanalın sahilindən 0,5 metr məsafədə inşa edilməsi, kanalın herma hissəsinin beton üzlüklə üzlənərək bu hissədə talvar inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin obyektdə forlmalaşan maye tullantıları kanalın üzərindən boru vasitəsi ilə keçərək digər tərəfdə kanalınmühafizə zonasından 4 metr məsafədə inşa edilmiş 6mx4mx2 48 kvradratmetr ölçüdə olan şamboya axıdılması müəyyən olunmuşdur. S.Əhmədov tərəfindən F-4 suvarma kanalının mühafizə zonasında maye tullantıları üçün şambo və sanitar qovşaq inşa etdiyindən Azərbaycan Respublikası Su Məcəlləsinin və Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nörməli qərarının tələblərinin pozulması halı aşkar olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin Daşınmaz Əmlakın dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsinin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarşdan görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən 0.1005 ha torpaq sahəsinin üzərində tikilmiş 178.7 kv.m sahəyə malik qeyri-yaşayış binası X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron məlumat portalından əldə olunan məlumatdan görünür ki, X7 ********** vergi ödəyicinin eyniləşdirmə nömrəsi ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyini yanında Suların İstifadəsində və X12 Xidmətinin 4 saylı X2 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən materiala inzibati orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, X7 İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində İXM-nin 32 və 33cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, X7 həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-in 264.0.3-cü maddəsinə əsasən, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətada vəzifəli şəxs anlayışı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (İXM) müəyyən edilmişdir. Vəzifəli şəxs, öz vəzifə səlahiyyətlərindən istifadə edərək inzibati xəta törətmiş şəxsdir. Bu, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət müəssisələrində, idarələrində və təşkilatlarında, habelə digər təşkilatlarda müəyyən vəzifəni tutan və öz fəaliyyətini bu vəzifənin icrası ilə əlaqədar həyata keçirən şəxslərə şamil edilir. İnzibati xətada vəzifəli şəxs anlayışına aşağıdakılar daxildir: - Dövlət orqanlarının vəzifəli şəxsləri (məsələn, nazirlər, nazir müavinləri, idarə rəisləri, şöbə müdirləri və s.). - Yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri (məsələn, bələdiyyə sədrləri, bələdiyyə üzvləri). - Dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri (məsələn, direktorlar, müdirlər, şöbə müdirləri və s.). - Digər təşkilatların vəzifəli şəxsləri (məsələn, özəl şirkətlərin rəhbərləri, idarə heyəti üzvləri və s.). Bu şəxslər, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yaxud vəzifə borclarını yerinə yetirməyərək inzibati xəta törətdikdə, onlara qarşı inzibati məsuliyyət tətbiq oluna bilər. Azərbaycan Respublikası Su Məcəəlləsinin : 81-ci maddəsində göstərildiyi kimi, bütün sular (su obyektləri) onların fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq və digər su bioresurslarının azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı və qorunmalıdır. Suların (su obyektlərinin) mühafizəsi, onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunması, habelə suların keyfiyyətinin və rejiminin yaxşılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 82-ci maddəsində göstərildiyi kimi, su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması barədə 84-cü maddəsinin tələbinə görə, öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslər su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində tullantıların basdırılması qadağan edilir. 85-ci maddəsində göstərildiyi kimi, Əhalinin içməli və məişət su təchizatı, müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan suların mühafizə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sanitariya mühafizəsi zonaları müəyyən olunur. 87-ci maddəsində göstərildiyi kimi, öz fəaliyyəti ilə yerüstü su obyektlərinə mənfi təsir edən müəssisələr müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə yerüstü su obyektlərinin suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin saxlanması üçün tədbirlər görməlidirlər. Yerüstü su obyektlərinin su mühafizə zonaları və onların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Resoublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli Qərarı : Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 2-ci bəndinə əsasən su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 3-cü bəndinə əsasən su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 4-cu bəndinə əsasən Su mühafizə zonalarının ərazisində xüsusi rejimə əməl edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizə tədbirləri kompleksinin tərkib hissəsidir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 5-ci bəndinə əsasən su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi onların fizikicoğrafi, torpaq, hidroloji və sair şəraitindən asılı olaraq, su obyektlərinin sahil xəttinin dəyişməsi proqnozu nəzərə alınmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 6-cı bəndinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq 3 kbm/san-yə qədər olduqda - 5 m hədində qəbul edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 22-ci bəndinə əsasən su mühafizə zonalarında neft məhsulları anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə və texnikalara texniki xidmət məntəqələrinin, çirkab sularını, habelə avtomobillərin yuyulması nəticəsində əmələ gələn çirkab sularını toplamaq üçün qurğuların tikilməsi və yerləşdirilməsi qadağan edilir: Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının 27-ci bəndinə əsasən su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Qərarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, X4 inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 VÖEN-i olmaqla vəzifəli şəxs olaraq müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş tələbləri pozmaqla vəzifəli şəxs kimi inzibati xəta hadisəsini törətmiş və inzibati məsuliyyətə vəzifəli şəxs kimi cəlb olunalıdır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, X3 şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-750/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-750/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver