Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-176/2021 01.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi ünvanı Siyəzən şəhəri olan "xxxx" ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 497ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" ASC tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “Kromeka Makina Sanayi və Ticarət A. Ş” şirkətinə 34FD8526/34EL1365 nömrəli avtomibillə göndərilmiş 5 ədəd “Kromeka” nişanlı toyuğu qablaşdırmaq üçün maşın yükü **********4502 sorğu nömrəli 03 mart 2021-ci il tarixli gömrük bəyənaməsi ilə 03 sentyabr 2021-ci il tarixdək 6 ay müddətinə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, xaricdə emal müddətinin 03 sentyabr 2021-ci il tarixdə bitməsinə baxmayaraq **********4502 sorğu nömrəli 03 mart 2021-ci il tarixli gömrük bəyənaməsi ilə bəyan edilmiş malların xaricə emal müddəti bitməmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. "xxxx" ASC tərəfindən **********4502 sorğu gömrük bəyənaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ümumi dəyəri 37360,41 manat təşkil edir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 11 oktyabr 2021-ci il tarixli, 00100-1969/21 saylı inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi ASC-ni İXM-nin 497-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Şəxs ASC 5 ədəd “Kromeka” nişanlı toyuğu qablaşdırmaq üçün maşın yükünü 03 mart 2021-ci il tarixli, **********4502 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal prosedurunda rəsmiləşdirmişdir. Daha sonra, bu yüklər təmir üçün 34FD8526/34EL1365 nömrəli avtomobillə Türkiyə Respublikasının “Kromeka Makina Sanayi Ve Ticaret A.Ş.” şirkətinə göndərilmişdir. Gömrük orqanları tərəfindən xaricdə emal müddətinin son tarixi 03 sentyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. 5 ədəd “Kromeka” nişanlı toyuğu qablaşdırmaq üçün maşın yükü 20 sentyabr 2021-ci il tarixdə ölkəyə qaytarılmış və **********1028 nömrəli bəyannamə ilə rəsmiləşdirilmişdir. Lakin, şirkətin işçiləri tərəfindən təmirə göndərilmiş “Kromeka” nişanlı toyuğu qablaşdırmaq üçün maşınların xaricdə emal müddətinə nəzarət edilməmiş, maşınların təmiri isə 6 aydan çox çəkmişdir. Bu səbəbdən də malların xaricdə emal müddətinin tələblərinə əməl olunmamışdır. Odur ki, baş vermiş hadisənin məqsədyönlü şəkildə edilməməsinin nəzərə alınmasını, habelə hüquqlarını təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" ASC İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan, eləcə də sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “Kromeka Makina Sanayi və Ticarət A. Ş” şirkətinə 34FD8526/34EL1365 nömrəli avtomibillə göndərilmiş 5 ədəd “Kromeka” nişanlı toyuğu qablaşdırmaq üçün maşın yükü 03 mart 2021-ci il tarixli gömrük bəyənaməsi ilə 03 sentyabr 2021-ci il tarixdək 6 ay müddətinə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilsə də, xaricdə emal müddətinin 03 sentyabr 2021-ci il tarixdə bitməsinə baxmayaraq, sözügedən gömrük bəyənaməsi ilə bəyan edilmiş malların xaricə emal müddəti bitməmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, xaricdə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.2-ci maddəsinə əsasən ixrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. Bu Məcəllənin 200-cü maddəsinin İV və V hissələrinə əsasən gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2014-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 7-ci bəndinin İİ və İİİ yarımbəndlərinə əsasən Gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Xaricdə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Mallar partiyalarla aparıldıqda, bu müddət birinci partiyanın həmin prosedur altında yerləşdirildiyi gündən hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Odur ki, "xxxx" ASC İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" ASC-yə İXM-nin 497-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin, yəni 37360,41 manat məbləğin 30 (iyirmi) % (faiz)-i miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-176/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-176/2021
01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver