Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1039/2023 01.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs MMCnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 aprel 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Nümayəndə2 tərtib etdiyi protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 protokolla razı olmayaraq bildirdi ki, protokol İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Protokolda inzibati xətanın törədildiyi yer və vaxt barədə heç bir məlumat yoxdur. Müəyyən etmək olmur ki, inzibati xəta nə vaxt və harada törədilmişdir. Şəxs MMC özəl mühafizə müəssisəsi deyil, Şəxs MMC ilə hər hansı özəl mühafizə müəssisəsi arasında heç bir xidmət müqaviləsi bağlanmayıb və heç bir özəl mühafizə müəssisəsi Şəxs MMC-yə mühafizə fəaliyyəti ilə bağlı xidmət göstərmir. Şəxs MMC-nin istehsalat müəssisəsinin giriş-çıxışında və ərazisində mühafizə-təhlükəsizlik xidmətini həyata keçirən mühafizə departamentinin müvafiq lisenziya olmadan fəaliyyət göstərməsi necə aşkar edilib? İş materiallarına əlavə edilmiş izahatlar ilə? İzahatlarda tarix belə qeyd edilməmişdir. Sonradan izahat verən işçilər məlumat vermişlər ki, onları polis bölməsinə başqa iş adı altına çağırmışlar, lakin başqa məzmunda izahatlarını alıblar və izahatlarda tarix də qeyd edilməmişidir. Sumqayıt ŞPİ tərəfindən Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli, 313-58/2-6741 nömrəli məktub göndərilmişdir. Həmin məktuba ətraflı olaraq xx.xx.2023-cü il tarixli137 nömrəli məktubları ilə cavab verilmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarizli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-yə göndərilməmişdir. Həmçinin müddətin keçməsi ilə bağlı məsuliyyətə cəlbetmə müddəti də keçmişdir. Həmçinin hüquqi şəxsi nümayəndəsi də dəvət olunmamışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini və ya barələrində olan inzibati xəta haqqında materialın geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlart göstərilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilsə də, protokolda inzibati xətanın törədildiyi yer və vaxt barədə heç bir məlumat yoxdur, MMC-nin nümayəndəsi izahat vermək, protokol tərtib ediməsində və icraatda iştirak etmək üçün dəvət edilməmiş, protokolda onun izahatı qeyd edilməmiş, protokolun surəti ona təqdim edilməmişdir. İcraat zamanı, protokol tərtib edilərkən və materiallar məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokol və əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqda bu məlum olmamış, yalnız işə baxılanda, protokol tərtib etmiş şəxsin və MMC-nin nümayəndəsinin izahatından sonra müəyyən olunmuşdur ki, icraatda MMC-nin iştirakı təmin olunmamış, ona bildiriş göndərilməmiş, başqa qaydada dəvət edilməmiş, MMC-nin müdafiə hüquqları da təmin edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, bu mərhələdə protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılması daha məqsədəuyğundur. Çünki işdə olan natamamlığı məhkəmədə aradan qaldırmaq, qanuni və əsaslı qərar qəbul etmək mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 17 aprel 2023-cü il tarixli, ******* protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1039/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1039/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver