Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1162/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə, Qərardan şikayət verən şəxsin nümayəndəsi müdafiəçi Vəkil iştirakları ilə, Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin **********6/21 nömrəli, 10.11.2021-ci il tarixli inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X4 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərardan X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət verərək inzibati təhbehin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti işə baxaraq qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi, yerli orqanın 12 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının dəyişdirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cəmiyyətin sədri X4 barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə **********6/21 nömrəli, 10.11.2021-ci il tarixli Qərar qəbul etmişdir. Hazırda həmin qərardan narazı qalan "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X4 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən barəsində qəbul edilmiş **********6/21 nömrəli. 10.11.2021-ci il tarixli inzibati təhbeh vermə haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxsin nümayəndəsi müdafiəçi Vəkil məhkəmə iclasında şikayəti onunla əsaslandırdı ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X4 barəsində 29.09.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərinin işəgötürən tərəfindən pozulması, işçi işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün verilməməsi qeyd edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilən inzibati xətanın işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinin Cəmiyyətin İdarə Heyətinin sədri tərəfindən törədilməsi göstərilmişdir. Araşdırılmasında iştirak etmək üçün "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə imkan yaradılmayan sözügedən protokol əsasında X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən birtərəfli qaydada 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmiş və “Azərxalça" ASC-nin İdarə Heyətinin sədri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Yerli orqanın sözügedən qərarından X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət verərək inzibati təhbehin ləğv edilməsini xahiş etmişdir. Şikayət mahiyyəti üzrə baxılmaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmiş, xidmət işə baxaraq qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi, Xidmətin Sumqayıt regional ərazi şöbəsinin 12 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın dəyişdirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə “Azərxalça" ASC-nin İdarə heyətinin sədri X4 barəsində 700 manat inzibati cərimə tənbeh növünü tətbiq edilməsi barədə **********6/21 nömrəli, 10.11.2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Xidmət Qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir. Qeyd olunan müddəaya əsaslanaraq Xidmət belə nəticəyə gəlmişdir ki, Xidmətin Sumqayıt regional ərazi şöbəsi araşdırma aparılması zamanı aşkar edilmiş hüquq pozuntularına düzgün hüquqi qiymət verərək bu barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir. İnzibati xəta haqqında protokol "xxxx" ASC-də sınaq müddəti ilə işə qəbul edilmiş, sınaqdan keçə bilmədiyinə görə öz xahişi ilə işdən azad edilmiş vətəndaş X2 Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlanmış şikayət ərizəsi araşdırılarkən tərtib edilmişdir. Şikayət ərizəsi araşdırılarkən mahiyyəti üzrə aidiyyəti sənədlər X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə təqdim edilmiş və sənədlər əsasında sübut edilmişdir ki, M.Dadaşovanın işdən azad edilməsi qərəzli xarakter daşımır və işçi sınaqdan keçə bilmədiyi üçün öz xahişi ilə işdən azad edilmişdir. X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi vətəndaşın şikayət ərizəsində göstərilməyən, başqa sözlə, vətəndaşın şikayət etmədiyi digər bir məsələni (işçi işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün verilməməsi) irəli çəkərək sözügedən protokolu tərtib etmiş və bu istiqamətdə araşdırmalar aparmışdır. M.Dadaşovanın əmək müqaviləsinə dair "xxxx" ASC-nin rəhbərliyi bağlı heç bir narazılığı olmamışdır. İşçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlanmış şikayət ərizəsində ona son haqq-hesabın gec ödənilməsindən şikayət edilməmiş, işdən düzgün çıxarılmaması göstərilmişdir. Vətəndaşın son haqq-hesabın gec ödənilməsi barədə şikayət ərizəsi olduğu təqdirdə həmin şikayətə ayrıca (hazırkı şikayət çərçivəsində yox) baxıla bilər və zərurət yaranarsa ödənişin hansı səbəbdən 3 gün gecikməsinin obyektiv səbəbləri izah edilə bilər. DƏMX-nin Sumqayıt regional ərazi şöbəsinin rəisinin səlahiyyətlərindən sui-istifadə etməsi tərtib edilən protokoldan, "xxxx" ASC-yə göndərdiyi bildiriş məktubunda göstərilən inzibati xəta haqqında işə baxılması barədə tarixdən də görünür. Belə ki, sözügedən ******* nömrəli protokol 29.09.2021-ci il tarixində tərtib olunmuş, 30.09.2021-ci il tarixli, **********5 nömrəli bildiriş məktubu ilə "xxxx" ASC-yə göndərilmiş və bildirişdə arxa, 12.09.2021-ci il tarixə inzibati işə baxılma vaxtı təyin edilmişdir. Bu da qərəzli olaraq o məqsədlə edilmişdir ki, inzibati işə baxılma prosesində işəgötürən iştirak edə bilməsin. Göstərilənlərin nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən “Azərxalça’ ASC-nin İdarə Heyətinin sədri X4 barəsində qəbul edilmiş **********6/21 nömrəli, 10.11.2021-ci il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə şikayəti əsassız hesab edərək, bildirdi ki, Xidmətin Sumqayıt regional ərazi şöbəsi araşdırma aparılması zamanı aşkar edilmiş hüquq pozuntularına düzgün hüquqi qiymət vermiş və bu barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir. Sözü gedən qərar qanunauyğun qəbul edildiyindən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul olunmuş **********6/21 nömrəli, 10.11.2021-ci il tarixli inzibati təhbeh vermə haqqında qərarın surətindən görünür ki, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X4 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin 12 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməsi, xidmətin Sumqayıt regional ərazi şöbəsinin 12 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə “Azərxalça" ASC-nin İdarə heyətinin sədri X4 barəsində 700 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi araşdırma aparılması zamanı aşkar edilmiş hüquq pozuntularına düzgün hüquqi qiymət vermiş və bu barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir. “Azərxalça" ASC-nin İdarə heyətinin sədri X4 barəsində qəbul edilmiş **********6/21 nömrəli, 10.11.2021-ci il tarixli inzibati təhbeh vermə haqqında qərar qanunauyğun qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərxalça" ASC-nin İdarə heyətinin sədri X4 tərəfindən verilmiş şikayətin məzmununda Xidmətin Sumqayıt regional ərazi şöbəsinin inzibati xəta haqqında iş üzrə **********6/21 nömrəli, 10.11.2021-ci il tarixli qərarının qanunsuz olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır. X1 şikayəti əsassız olduğundan rədd edilməlidir. “Azərxalça" ASC-nin sədri X4 tərəfindən vətəndaş X2 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmiş və maddədə nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Azərxalça" ASC-nin İdarə heyətinin sədri X1 şikayəti təmin edilməsin. “Azərxalça" ASC-nin İdarə heyətinin sədri X1 Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin **********6/21 nömrəli, 10.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1162/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1162/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver