Məhkəmə qərarları › İş №3(060)-1209/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1209/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1209/2024 31.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə material tam şəkildə məhkəməyə təqdim edilməmiş, həmçinin barəsində icraat aparılan şəxsin məhkəməyədək icraat dövründə müdafiə hüququnun təmin edilib-edilməməsini təqdim edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:45-də inzibati qaydada tutulsa da, onun müdafiəçinin hüquqi yarıdımından istifadə etmək hüququnun təmin edilib-edilməməsini iş materiallarına əsasən müəyyən etmək mümkün deyil. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təyin edilməmiş və ya müdafiəçinin hüquqi yardımından istifadə ilə bağlı onun mövqeyi öyrənilməmiş, əgər bundan imtina etmişsə imtinanı təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. İXM-nin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən inzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır. Qeyd edilən normaların təhlilinə əsasən belə qənaətə gəlmək mümkündür ki, inzibati qaydada tutulmuş şəxs tələb etdikdə müdafiəçinin iştirakı mütləqdir. Bu baxımdan şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması izah edilməklə bu hüququndan istifadə edib-etməməsi barədə mövqeyinin öyrənilməsi zəruridir. Şəxs imtina etdikdə isə bu hal lazımi qaydada rəsmiləşdirilməlidir (imtinanın yolverilməzliyi halları istisna olmaqla). Lakin, indiki halda şəxsə bu hüququnun izah edilib-edilməməsini, şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək istəyinin olub-olmamasını təqdim edilmiş materiallara əsasən müəyyən etmək mümkün deyil. “Hüseynov və başqaları Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında, həmçinin “Hacıbəyli və başqaları Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında inzibati xəta haqqında iş üzrə tutulmuş şəxslərin tutulduqları vaxt və polis nəzarətində olarkən vəkillə təmin olunmamaları Konvensiyanın 6-cı maddəsinin 3-cü yarımbəndinin pozuntusu kimi qiymətləndirilmişdir. Qeyd edildiyi kimi hazırki iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələrinin izah edilib-edilməməsi, müdafiəçinin hüququndan istifadə hüququnun təmin edilib-edilməməsi barədə hər hansı sənəd mövcud deyil. Bu hallar inzibati qaydada tutulmuş şəxsin məhkəməyədək icraat dövründə hüquqlarının pozulması qənaətinə gəlinməsinə əsas verir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:45-də inzibati qaydada tutulmuşdur. Lakin tərtib edilmiş həmin “İnzibati qaydada tutma” protokolonun müvafiq xanasında sonuncunun tutularaq saxlanıldığı yerdən azad olunub-olunmaması barədə hər hansı qeyd aparılmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusata qərar qəbul edərkən münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalı, Şəxs tutularaq saxlanıldığı yerdən azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Şəxs dərhal tutulduğu Sumqayıt ŞPİ-nin 5-ci X1 Saxlama Yerindən azad edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar