Məhkəmə qərarları › İş №3(060)-1586/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1586/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1586/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Əmiraslanov Rəvan Ramiz oğlunun iştirakı ilə, Əmiraslanov Rəvan Ramiz oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı X2 Ramiz oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əmiraslanov Rəvan Ramiz oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tamamən əsassız hesab edir. Belə ki, həmin protokolda xx.xx.2025-ci il saat 21:53 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində işıqforun yaşıl işığında yolu keçərək hərəkətini davam etdirmişdir. Bu zaman qayı maşını ona saxla əmri vermişdir. Saxlayıb bildirmişdir ki, o, qırmızı işıqda yolu keçmişdir. Xahiş etmişdir ki, görüntü göstərsin, yaxşı demiş, kiməsə zəng etmiş, vatsapına görüntü atmışlar, amma orda onun hansl işıqda keçdiyi görünməmişdir. Bir az etiraz etmiş və ona demişdir ki, xoşun gəlmir ver məhkəməyə, demişdir ki, qərarsız yazsın, maşının yan şüşəsini bağlayıb sürüb getmişdir. 5 dəqiqə keçəndən sonra sms bildiriş gəlmiş və 100 (yüz) manat 3 bal cərimə yazmışdır qərarlı. O narazıdır və onda o görüntü yoxdursa niyə ona qərarlı cərimə yazır. Sumqayıt şəhər DYPŞ-ə gedib görüntünü tələb etmiş,d emişlər ki, onlarda görüntü olmur, qərarın surətini çıxarıb vermişdir ki, get məhkəməyə şikayət elə. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Əmiraslanov Rəvan Ramiz oğlu bildirdi ki, həmin ərazi Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Səməd” marketin qarşısıdır. Orada iki zolaq sola və geriyə dönməyə icazə verir. O, birinci zolaqda gəlib dayanmış, orada işıqforun əlavə işığı vardır ki, sola dönmək üçün yansın. O, birinci zolaqda dayanarkən avtomobilin çox olduğu görüb sağ zolağa keçib sola dönmüşdür. Bu zaman yol polisi onu saxlamış və nə üçün sağ zolağa çıxdığını soruşmuşdur. O da keçməsə yolun içində qalacağını, “stop” xəttini artıq keçdiyini, işıqforun qırmızı işığına düşmədiyini bildirmiş, yol polisi ona qırmızı işıqdan keçdiyini demiş, o da videogörüntü istəmiş, yol polisi kiməsə zəng etmiş, ona videogörüntü göndərmişlər, həmin videogörüntüdə işıqfor görünməmişdir. Daha sonra Dövlət X7nə müraciət etmiş, orada ona ərizə yazmasını, bir həftəyə polis idarəsindən videogörüntü gəldikdən sonra baxa biləcəyini bildirmişlər. Ona qərarı təqdim etmişlər və şikayət etməsini bildirmişlər. Məhkəmədən qərara xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əmiraslanov Rəvan Ramiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Sumqayıt ŞPİ DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan videogörüntüdən görünür ki, “Ford Transit mikroavtobus” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforun qadağanedici işarəsinə tabe olmayaraq sola dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 21:58-də “Ford Transit mikroavtobus” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əmiraslanov Rəvan Ramiz oğlu Sumqayıt şəhəri, 10-cu mikrorayonda svetoforun siqnallarının tələbinə riayət etməyərək sola dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əmiraslanov Rəvan Ramiz oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əmiraslanov Rəvan Ramiz oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əmiraslanov Rəvan Ramiz oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən Əmiraslanov Rəvan Ramiz oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar