Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-161/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovin sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 24-cü məhəllə, ev 17A/7, Kotec, Keçid 2 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İnzibati Xətalar Məcəlləsi) 499.1.3-cü maddəsinə əsasən 18 dekabr 2020-ci il tarixli 00700-0225/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin 13.11.2020-ci il tarixli 34/012/002710 saylı raportunda göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan “xxxx" MMC-nin 13.11.2020-cu il tarixdə ərizə ilə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edərək **********6173 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirdiyi ümumi invovs dəyəri 346,00 (üc yüz qırx altı) ABŞ dolları təşkil edən 346 ədəd “malların daşınması və qablaşdırılması üçün plastik kütlədən makaralar” yükünü bəzi səbəblərdən geri apara bilmədiyi üçün digər gömrük proseduru altında verləsdirilməsini xahiş etmişdir. Qeyd olunan ərizə araşdırılarkən həmin yükün müvəqqəti idxal müddətinin 03.10.2020-ci il tarixdə bitdiyi müəyyən edilmişdir. Faktla əlaqədar Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları idarəsindən daxil olmuş raporta əsasən Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsində 00700-0225/20 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən tərtib edilmiş edilmiş 18 dekabr 2020-ci il tarixli 00700-0225/20 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün 24.12.2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli məlumatına əsasən işin baxılması 09 fevral 2021-ci il tarixə təyin olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC və protokolu tərtib etmiş Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də “xxxx” MMC İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC ********** VÖEN əsasında 2 saylı Vergilər Departamentində vergi uçotu orqanı kimi qeydiyyatına alınmışdır. İş materiallarından olan 13.11.2020-ci il tarixli 34/012/002710 saylı raporta əsasən müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN **********) 13.11.2020-cu il tarixdə ərizə ilə Sumqayıt Baş Gömrük İdarəsinə ünvanlanmış ərizəsində MMC-nin 03.10.2019-cu il tarixli **********6173 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirdiyi “malların daşınması və qablaşdırılması üçün plastik kütlədən makaralar” yükünü bəzi səbəblərdən geri qaytarıla bilinmədiyini üçün digər gömrük proseduru altında verləsdirilməsini xahiş edilmişdir. Qeyd olunan ərizə araşdırılma zamanı müəyyən edilmişdir ki, həmin yükün müvəqqəti idxal müddəti 03.10.2020-ci il tarixdə başa çatmışdır. İş materiallarından olan 03.10.2019-cu il tarixli **********6173 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, X2 “malların daşınması və qablaşdırılması ücün plastik kütlədən makaralar” yükünü 03.10.2020-ci il tarixdək geri qaytarmağı öhdələrinə götürmüşdür. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsinin təhqiqat bölməsinin rəisi Rəşad Cabbarov tərəfindən qəbul edilmiş 19 noyabr 2020-ci il qərardadından görünür ki, “xxxx” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında “qərar” qəbul edilmişdir. İş materiallarında olan 16.12.2020-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan “xxxx” MMC-nin direktoru X2 verdiyi izahatında 03.10.2019-cu il tarixdə Türkiyə Respublikasından 61ABK478/61K10638 nömrəli yük avtomobilində respublikaya gətirdikləri ümumi invovs dəyəri 346,00 (üç yüz qırx altı) ABŞ dolları, ədəd sayı cəmi 346 (üç yüz qırx altı) olan “malların daşınması və qablaşdırılması ücün plastik kütlədən makaralar” yükünü 03.10.2020-ci il tarixdək geri qaytarmağı öhdələrinə götürərək Sumqayıt Baş Gömrük İdarəsində **********6173 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda bəyan etdiklərini, lakin qarşı tərəf malı istəmədiyi üçün sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirmək qərarına gəldiklərini bildirmişdir. Həmçinin iş həcmi çox olduğu üçün bununla əlaqədar vaxtında müraciət etmədiklərini, bununla belə tərəflərindən törədilən əməlin hüquqpozma predmeti olduğunu etiraf etmiş, qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə daşımağa hazır olduqlarını bildirməklə, gələcəkdə belə halların təkrarlanmavacaqına zəmanət vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6.7-ci bəndində göstərilmişdir ki, müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Beləliklə də, Şəxs MMC ölkə ərazisinə geri qaytarmağı öhdəliyinə götürərək **********6173 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseedurunda rəsmiləşdirdiyi ümumi invovs dəyəri 346,00 (üç yüz qırx altı) ABŞ dolları, ədəd sayı cəmi 346 (üç yüz qırx altı) olan “malların daşınması və qablaşdırılması ücün plastik kütlədən makaralar”-ı götürdüyü öhdəlik müddəti bitənədək yəni 03.10.2020-ci il tarixədək müvəqqəti ixrac prosedurunun tələblərinə uyğun olaraq nə təkrar ixrac etmiş, nə də digər gömrük proseduru altında yerləşdirməmişdir. Yalnız 13.11.2020-cu il tarixdə ərizə ilə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edərək **********6173 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirdiyi ümumi invovs dəyəri 346,00 (üc yüz qırx altı) ABŞ dolları təşkil edən 346 ədəd “malların daşınması və qablaşdırılması üçün plastik kütlədən makaralar” yükünü bəzi səbəblərdən geri apara bilmədiyi üçün digər gömrük proseduru altında verləsdirilməsini xahiş etmişdir. “xxxx” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs “xxxx” MMC İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “xxxx” MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 5liyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2.000 (iki min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-161/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-161/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver