Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1658/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, protokolu tərtib etmiş şəxs-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “PTS Servic" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 iştirakları ilə, “PTS Servic" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən hüquqi ünvanı Bakı-Quba şossesinin 8-ci mik, Qu Gölünün ətrafı olan “PTS Servic" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “PTS Servic" MMC) (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 20 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “PTS Servic" MMC-yə məxsus müəssisədə formalaşan çirkab sular təmizlənmədən birbaşa Qu Gölünə axıdılır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1658/2021 saylı 09.06.2021-ci il tarixli qərarı “PTS Servic" MMC barəsində İXM-nin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1658/2021 saylı, 09.06.2021-ci il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-467/2021 saylı, 06.08.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09.06.2021-ci il tarixli 3(060)-1658/2021 saylı qərarı ləğv edilmiş, material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Qeyd edilən inzibati xəta haqqında protokol baxılmaq üçün 12.10.2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 25.10.2021-ci il tarixdə təyin olunmuş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlmədiyindən işin baxılması 29.10.2021-ci il tarixə təxirə salınmışdır. 29.10.2021-ci il tarixdə məhkəmə iclası yerli baxış keçirtmək məqsədi ilə 05.11.2021-ci il tarixə keçirilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, Şəxs MMC barəsində 20 aprel 2021-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. 4 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin 05 aprel 2020-ci il tarixli 31 saylı sərəmcamına əsasən Sumqayıt şəhəri inzibati ərazisində Bakı şossesinin 28-ci km-də mövcud olan “Qu gölü” adlanan gölə çirkab suların axıdılması faktı ilə bağlı yerində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Qu gölü” ilə Bakı-Quba şossesi arasında Şəxs MMC fəaliyyət göstərir. Sözügedən müəssisə kənd təsərrüfatı texnikasının satışı və servis xidməti ilə məşğul olur. Araşdırma müddətində müəssisəinin fəaliyyəti zamanı formalaşan çirkab suların birbaşa təmizlənmədən “Qu gölü” adlanan əraziyə axıdılması faktı müşahidə edilmişdir. Bu nəticəyə ona görə gəlinmişdir ki, ərazidə şambo yoxdur, həmçinin çirkab suların daşınması ilə bağlı Şəxs MMC heç kimlə müqavilə bağlamamışdır. Araşdırma Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə aparılmışdır. R.Əhmədov müəssisədə formalaşan çirkab suların ərazidəki “şambo” vasitəsi ilə axıdılığını iddia etsə də əraziyə baxış zamanı məlum olmuşdur ki, həmin şambo standartlara uyğun deyil, onu şambo kimi nəzərə almaq olmaz. Həmçinin müəssisədə formalaşan şirkab suların daşınıb zərərsizləşdirilməsi üçün aiddiyatı təşkilatlarla hər hansı müqavilə bağlanmamışdır. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “PTS Servic" MMC-nin direktoru X5 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, “PTS Servic" MMC-nin yerləşdiyi ərazidə kanalizasiya şəbəkəsi olmadığından formalaşan çirkab sular tikinti normativlərinə əsasən septik qurğu “şambo” vasitəsilə kənarlaşdırılır. Həmin ərazidə “şambo” 2010-cu ildə inşa edilmişdir və bu günə qədər istifadə edilir. Çirkab sular həmin quyuya axıdılır və şambo dolanda müqavilə əsasında daşınır. Həmin ərazidə ümumiyyətlə kanalizasiya sistemi olmadığından hamı kimi onlar da bu cür edirlər. İlin müəyyən vaxtlarında ərazidə qrunt suları əmələ gəlir, həmin su təmiz sudur. "xxxx" MMC tərəfindən heç bir çirkab sular “Qu gölu” adlanan əraziyə axıdılmır. Odur ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “PTS Servic" MMC barəsində 20 aprel 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunan 07 yanvar 2020-ci il tarixli 01/2020 saylı xidmət müqaviləsindən görünür ki, Şəxs MMC-nin ərazisində formalaşmış çirkab suların kənarlaşdırılması barədə Şəxs MMC-nin direktoru ilə X6 arasında müqavilə bağlanılmışdır. Məhkəmə tərəfindən sözügedən Şəxs MMC-nin yerləşdiyi və “Qu Gölü” adlanan əraziyə tərəflərin iştirakı ilə yerli baxış keçirmiş və baxış zamanı video çəkiliş aparılmışdır. Yerli baxış keçirilməsi haqqında protokol və video DVD disk iş materialına əlavə olunmuşdur. Protokol tərəflərin nümayəndələri tərəfindən imzalansa da Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Şəxs MMC-nin yerləşdiyi ərazidəki “şambo”nun texniki standartlara uyğun olmadığını bildirərək, ərazidə “şambo” olmamasına dair protokolda qeyd yazmışdır. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi protokolda belə bir qeyd yazsa da, “şambo”nun texniki göstəricilərinin hansı ölçüdə olmasına dair məhkəməyə izah verə bilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikasinin Su Məcəlləsi 78-ci maddəsinə əsasən Tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun və protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, “PTS Servic" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə ziddiyətli məqamları aradan qaldırmaq və iş üzrə tam, obyektiv, hərtərəfli araşdırma aparmaq məqsədi ilə sözügedən “Qu Gölü” adlanan əraziyə tərəflərin iştirakı ilə yerli baxış keçirmiş, həmin ərazidə “PTS Servic" MMC tərəfindən çirkab suyun “Qu Gölü”nə axıdılması müəyyən edilməmişdir. Eyni zamanda həmin ərazidə kanalizasiya şəbəkəsi olmadığından formalaşan çirkab suların septik qurğu “şambo”da toplanması müəyyən olunmuş, “şambo”ilə “Qu Gölü”nün arasındakı məsafə isə təxminən 100 metrdən artıq olmaqla həmin “şambo”nun daşması müəyyən olunmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “PTS Servic" MMC barəsində İXM-nin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 114.2.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Bakı-Quba şossesinin 8-ci mk, Qu Gölünün ətrafı olan “PTS Servic" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 20 aprel 2021-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadıqığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1658/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1658/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver