Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-220/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Qafarov Eldar Qəzənfər oğlunun iştirakı ilə, Qafarov Eldar Qəzənfər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Sumqayıt ŞPİ X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qafarov Eldar Qəzənfər oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Sumqayıt ŞPİ X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Niyazi küçəsi ilə CHEVROLET LACETT1 MİNİK markalı 99LX179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Sumqayıt şəhər DYPŞ Patrul Xidməti İnspektoru Polis serjantı X2 tərəfindən saxlanılmışdır. Polis serjantı yol hərəkəti qaydalarını pozduğunu bildirmiş və İXM-nin 327.4-cü maddəsinə əsasən (bir tərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə) 150 manat cərimə yazaraq xx.xx.2024cü il tarixli İXP6729189 nömrəli protokol tərtib etmişdir. O, bunu qanunsuz və əsassız hesab edir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinə görə (qadağan nişanlar) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. Həmçinin Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları: Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 4.1.1, 4.1.2, 4.1.3 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Yol ayrıcında 3.18.2 nişanı olmaya da bilər. Ancaq 4.1.2 sağa dönmə nişanı mütləq olmalıdır. Həmin yol ayrıcında göstərilən nişanların heç biri yox idi. Ona görə də əsassız və qanunsuz yazılan 150 manat cərimə ilə razı deyil və hesab edir ki, DİN DYP İdarəsinin Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin İnspektoru Polis serjantı X2 tərəfindən xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən DİN DYP idarəsinin Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə tərtib edilən xx.xx.2024-cü il tarixli TР ******* nömrəli qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Qafarov Eldar Qəzənfər oğlu şikayət ərizəsini müdafiə edərək şikayətin təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qafarov Eldar Qəzənfər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarında olan təqdim edilmiş videogörüntülərdən görünür ki, Niyazi küçəsində hərəkət edən “Chevrolet Lacetti minik” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək digər hərəkət zolağına keçmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.4-cü maddəsinə əsasən “Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir”. “Yol hərəkəti haqqında” Qanunun: - 51-ci maddəsinin V hissəsinin 1-ci bəndinə əsasən ötmə nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Göründüyü kimi Qafarov Eldar Qəzənfər oğlu nəqliyyat vasitəsi ilə tam olaraq əks istiqamətli hərəkət zolağına daxil olaraq digər hərəkət zolağı istiqamətinə keçmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Qafarov Eldar Qəzənfər oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Qafarov Eldar Qəzənfər oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt ŞPİ X6 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Qafarov Eldar Qəzənfər oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt ŞPİ X6 Şöbəsi tərəfindən Qafarov Eldar Qəzənfər oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-220/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-220/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver