Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2224/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 11 avqust 2022-ci il tarixli, 10000-0031/22 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən tərtib edilmiş 11 avqust 2022-ci il tarixli, 10000- 0031/22 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs MMC (VÖEN **********) 15583,02 manat məbləğində az miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınmış və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs direktoru Nümayəndə xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuş 08 sentyabr 2022-ci il tarixli ərizəsində göstərilmişdir ki, Şəxs MMC tərəfindən barəsində protokol tərtib edilməsinə səbəb olmuş gömrük ödənişləri tam ödənilmişdir, hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə məhkəməyə daxil olmuş ərizəsini müdafiə etdi, izahatında direktoru olduğu hüquqi şəxsin inzibati xətanın törətdiyini qəbul etdiyini bildirdi və göstərdi ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin 01 iyun 2022-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 18 iyul 2022-ci il tarixdə 9/4112 sayl rəy tərtib olunmuş və həmin rəylə ekspertiza tədqiqatına təqdim edilmiş 15 adda avtomobil şinlərinin ümumilikdə orta bazar qiyməti 395330,00 manat müəyyən edilmiş və bu məbləğə görə də həmin malların nəqliyyat xərcləri üzrə gömrük ödənişləri 15583,02 manat təşkil edir. Qeyd edilən nəqliyyat xərcləri üzrə gömrük ödənişlərinin aparılmaması inzibati xətanın tərkib hissəsini təşkil etmiş və həmin gömrük ödənişləri 05 sentyabr 2022-ci il tarixdə tərəflərindən tamamilə ödənilmiş və Şəxs MMC-nin borcu qalmamışdır. 05 sentyabr 2022-ci il tarixdə tələb edilən gömrük ödənişləri ödənildikdən dərhal sonra 6782 ədəd avtomobil şinləri Sumqayıt BGİ tərəfindən müvəqqəti saxlancdan çıxarılmaqla rəhbəri olduğu Şəxs MMC-yə təhvil verilmiş və bu barədə hal şahidlərinin iştirakı ilə akt tərtib edilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən gömrük ödənişləri tamamilə ödənilmişdir. Bu vaxta qədər Şəxs MMC hər hansı bir inzibati xəta törətməmiş və inzibati məsuliyyətə cəlb olunmamışdır. Ona görə də, hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasından “avtomobillər üçün pnevmatik rezin şinlər” daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/4112 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 15 adda avtomobil şinlərinin ümumilikdə 07 mart 2022-ci il tarixə orta bazar qiyməti təxminən 395330,00 manat müəyyən edilir. Həmin avtomobil çinlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır. xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuş 05 sentyabr 2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs MMC tərəfindən barəsində protokol tərtib edilməsinə səbəb olmuş gömrük ödənişləri tam ödənilmişdir. Beləliklə, işin materialları öyrənilmiş və işin halları ilə müəyyən olunmuşdur ki, Şəxs MMC gömrük qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə protokol tərtib edilmişdir. Ancaq işə baxılana qədər gömrük ödənişləri ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, Şəxs MMC-nin barəsində inzibati xətaya dair iş məhkəmədə baxılanda artıq vurulmuş ziyan (gömrük ödənişləri) ödənilmişdir və qanunun tələbinə görə 505-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs MMC-nin əvvəllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və buna görə tənbeh edilməsi barədə heç bir məlumat yoxdur. Ona görə də, məhkəmə Şəxs direktoru Nümayəndə ərizəsinin təmin edilməsini və Şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsini məqəsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10, 114-115, 128-130-cu maddələrini və 505-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə ərizəsi təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2224/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2224/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver