Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2239/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri-X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 15 sentyabr 2023-cü il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Şəxs MMC-yə məxsus toyuq kəsimi sexində formalaşan çirkab tullantı sular təmizlənmədən birbaşa Acı Dərə kanalına axıdılmışdır. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 19 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 02 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materialında olan foto şəkilləri və işdə olan digər sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs MMC İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Azərbaycan Respublikası Ekologiya və X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-6/2- 1354/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt şəhərində genişmiqyaslı abadlıqquruculuq işləri həyata keçirilir, əhalini narahat edən sosial və ekoloji problemlər həll olunur, xüsusilə Sumqayıt şəhərinin daxili hissəsindən keçib birbaşa Xəzər dənizinə axıdılan “Acı Dərə” kanalının axarının boruya alınması işleri mərhələli şəkildə həyata keçirilməkdədir. Bununla yanaşı, “Acı Dərə” kanalı ətrafında yaşayan əhali, eləcə də müxtəlif illər yaranmış çoxsaylı istehsal və xidmət sahələri tərəfindən ərazilərində formalaşan məişət çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması nəticəsində uzunluğu 5 km-dən artıq olan Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu hissələrdə davamlı surətdə kəsgin iy və qoxu, güclü antisanitariya yaranmaqla ekoloji tarazlıq pozulur. Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə daimi yaşayan isti yay günlərində istirahət üçün ora gələn əhali tərəfindən müntəzəm olaraq ekoloji vaziyyətin yaxşılaşdırılması ilə bağlı təsirli tədbirlər görülməsi məqsədilə Şəhər İcra Hakimiyyətinə və digər qurumlara çoxsaylı müraciətlər olunur. Qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan ekoloji durumun yaxşılaşdırılması məqsədilə “Acı Dərə” kanalına birbaşa təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq köməklik göstərilməsi qeyd olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 15 sentyabr 2023-cü il tarixli 82119 №li aktdan görünür ki, yoxlama zamanı ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus quş kəsimi sexindən çıxan çirkab tullantı sularının təmizlənmədən birbaşa sexin arxasında çəkilmiş 50 mm-lik boru xətti vasitəsilə Acı Dərəsi kanalına axıdılması faktı müəyyən edilmişdir. Aparılan araşdırmaya Şəxs MMC-nin direktoru X4 da dəvət edilmişdir. Şəxs MMC-nin direktoru X4 ona məxsus quşçuluq təsərrüfatında formalaşan çirkab tullantı sularının sexin arxa hissəsindəki torpaq ərazisində çəkilmiş boru xətti vasitəsi ilə təmizlənmədən “Acı Dərəsi” kanalına axıdıldığını etiraf etsə də, lakin bununla bağlı rəsmi qaydada izahat verməkdən imtina etmişdir. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-yə rəsmi qaydada Ç-BM/4323-521 №-li xx.xx.2023-cü il tarixli bildiriş təqdim olunmasına baxmayaraq, sonuncu tərəfindən inzibati xəta haqqında işə baxılarkən nümayəndəsinin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Göründüyü kimi Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni yaranan istehsalat və məişət-fekal tullantı sularının təmizlənmədən birbaşa “Acı Dərəsi” kanalına axıdılması iş materialında olan foto şəkillər və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat başlanmış hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2239/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2239/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver