Məhkəmə qərarları › İş №3(060)-2366/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2366/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2366/2025 29.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 böyük məsləhətçimüfəttişi X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzaibati xəta haqqında protokola əsasən 22 avqust 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 28-ci km-də vəzifəli şəxs Şəxs məxsus “Tır Parkın” fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə axıdılması faktı aşkar edilmişdir. İnzibati xəta haqqında protokolda sübut kimi xx.xx.2025-ci il tarixli akta və fotoşəkillərə istinad edilmişdir. Həmin akt və fotoşəkillər materiallara əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 böyük məsləhətçi-müfəttişi X7 bildirmişdir ki, idarənin əməkdaşları tərəfindən "Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” AR Qanunun, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt Şəhəri ərazisində Bakı-Quba yolunun 28-ci kilometrliyində fəaliyyət göstərən “Tır Parkın” fəaliyyəti zamanı formalaşan tullantı sularının heç bir təmizlənmə prosesindən keçmədən küçəyə (ətraf mühitə) birbaşa axıdılması müəyyən edilmişdir. Aşkar edilmiş faktla bağlı Suların İstifadəsinə va X3 Xidmətinin 2 saylı X2ndə inzibati araşdırmaya başlanılmışdır. Bu fakt xx.xx.2025-ci il tarixdə Suların İstifadəsinə va X3 Xidmətinin 2 saylı X1 əməkdaşları tərəfindən müəyyən edilərək aktlaşdırılmış, müvafiq fotoşəkillər və video görüntülər çəkilmiş materiallara əlavə olunmuşdur. Parkın ərazisi hasara alınmış, çirkab sular hasarın altında çölə axıdılmışdır. Regional tərəfindən Şəxs ünvanına inzibati araşdırmada iştirak edilməsi barədə rəsmi qaydada məktub göndərilmiş, lakin Şəxs iştirakı təmin edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 22 avqust 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 28-ci km-də vəzifəli şəxs Şəxs məxsus “Tır Parkın” fəaliyyəti zamanı formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə axıdılması faktı aşkar edilmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 000419 nömrəli aktdan görünür ki, bölmənin 00011 saylı, xx.xx.2025-ci il tarixli sərəncamına əsasən Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə uyğun olaraq Bakı-Quba yolunun 28-ci kilometrliyində fəaliyyət göstərən Şəxs məxsus “Tır Parkda” tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı Şəxs məxsus “Tır Parkda” məişətdə formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə axıdılır. “Tır Parkın” sahibi Şəxs şifahi olaraq tullantı sularının heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə axıdılması faktını təsdiq etsədə aktı imzalamqdan imtina etmişdir. Bununlada Şəxs məxsus “Tır Parkın” fəaliyyəti zamanı Azərbaycan Respublikasının “Su Məcəlləsinin” 16-cı, 103-cü maddələrinin “Su təchizatı və tullantı suları haqqında” qanunun və ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikasınının Nazirlər Kabineinin 03 mart 1992-ci il tarixli 122 nömrəli qərarından irəli gələn tələblər pozulmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılan inzibati araşdırmada iştirak edilməsi üçün 27 avqust 2025-d il tarixində, saat 11:00-da şəxsiyyətin təsdiq edən sənədi ilə Suların İstifadəsinə va X3 Xidmətinin 2 saylı X2nə (Xızı şəhəri H. Əliyev küçəsi) gəlməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 2 saylı X1 əməkdaşları tərəfindən aparılan monitorinqlər və nəzarət tədbirləri zamanı Şəxs məxsus “Tır Parkında” formalaşan tullantı sularının küçəyə (ətraf mühitə) birbaşa axıdılması müəyyən edilmişdir. Aşkar olunmuş faktla bağlı Azərbaycan Respublikası İXM-in 264.2.3-cü maddəsinin tələblərinin pozulmasına dair 27 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib olunmuş protokolun bir nüsxəsi Şəxs göndərilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 00011 nömrəli, xx.xx.2025-ci iil tarixli sərəncamından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2024-cü il 23 dekabr tarixli FƏ 63 nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X3 Xidmətinin regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı nəzarət tədbirləri aparmaq məqsədilə Sumqayıt şəhəri və Xızı rayonu ərazisində 05 gün müddətində nəzarət tədbirlərinin aparılması 2 saylı Abşeron X6 böyük məsləhətçimüfəttişi X5 tapşırılmışdır. İş materiallarına əlavə edilmiş foto görüntülərdən görünür ki, Yük nəqliyyat vasitələrinin olduğu sahənin kənarında tullantı suları yığılmışdır. Görüntülərdə həmin əraziyə tullantı sularının axıdılması müşahidə edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla - xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli, 000419 nömrəli akt, təqdim edilmiş foto görüntülərlə Bakı-Quba yolunun 28-ci kilometrliyində fəaliyyət göstərən Şəxs məxsus “Tır Parkı”ndan kənara tullantı sularının ətraf əraziyə təyinatsız axıdılması öz təsdiqini tapmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində şərti olaraq inzibati cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar