Məhkəmə qərarları › İş №3(060)-2418/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2418/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2418/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsinin nümayəndələri X6, X7 və X4 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında 05 iyul 2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi ( bundan sonra mətndə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi) tərəfindən 05 iyul 2021-ci il tarixdə Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsi (bundan sonra mətndə Sumqayıt Sukanal idarəsi) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 233.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, bioloji təmizləyici qurğular sexində qurğunun istismar rejimi pozulub və bu səbəbdən “Xəzər” dənizinə axıdılan zərərli maddələrin miqdarı yolverilə bilən normativlərdən artıqdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Sumqayıt Sukanal idarəsi barəsində İXM-nin 233.1-ci maddəsinə əsasən tərtib edilmiş edilmiş 05 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün 27.07.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 09.08.2021-ci il tarixdə təyin olunmuş, lakin sübutların təqdim olunması ilə bağlı işin baxılması 18.08.2021-ci il tarixə təxirə salınmışdır. Protokol tərtib edən orqan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X5 protokola uyğun izahat verərək Sumqayıt Sukanal idarəsi barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Sumqayıt Sukanal idarəsinin nümayəndəsi X11 təmsil etdiyi idarəni inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt Sukanal İdarəsinin rəisi cənab Xalid Quliyevə “X14 haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırilması üçün 05 iyul 2021-ci il tarixli 70879 saylı aktla Məcburi Göstəriş tərtib edilmişdir. Məcburi göstərişdə qeyd olunan 4 punktdan ibarət icra müddəti, 30 dekabr 2021-ci il tarixinə kimi verilən nöqsanlar həll olunmazsa qanuna uyğun olaraq Sex və ya digər sahələrin istehsal fəaliyyətinin dayandırılması və yaxud cərimə olunması tətbiq oluna biləcəyi qeyd olunmuşdur. Tətbiq olunan məcburi göstərişin vaxtınin bitməməsinə baxmayaraq eyni gündə Sumqayıt Sukanal İdarəsinə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən İXM-nin 233.1-ci maddəsi ilə 05 iyul 2021-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Sumqayıt Təmizləyici Qurğular Sexinə daxil olan tullantı sular reqlamentə və texnoloji prosesə uyğun olaraq təmizlənərək kənarlaşdırılır. Qurğuların işinin optimallaşdırılması və emal olunan suyun keyfiyyət göstəricilərinin müasir standartların tələblərinə uyğun yaxşılaşdırılması istiqamətində Şəxs Açıq Səhmdar Cəmiyyətinin struktur bölmələri tərəfindən müvafiq layihə-axtarış işləri davam etdirilir. Halhazırda TQS-də 3 ədəd aerotenk vardır ki, bunların layihə gücü 100 000m3/gündür. Qurğuya daxil olan çirkab suların həcmi isə 65000-70000m3/gündür. Hal-hazırda aerotenkin təmirə dayanması gedən prosesə mənfi təsir etmir. Buna baxmayaraq aerotenkin təmiri yaxın zamanlarda başa çatacaqdır. TQS-nə axıdılan çirkab sular tam mexaniki təmizləmə zamanı barmaqlıqlardan, qumtututanlardan keçərək tutulmuş tullantilar, eləcə də izafi ilin susuzlaşdırılmasından alınan bərk tullantılar Şəxs ASC tərəfindən təhkim edilmiş xüsusi zibil daşıyan avtomaşın vasitəsi ilə 20 dekabr 2013-cü il tarixindən bağlanmış 00305 saylı müqavilə əsasında zərərsizləşdirmək üçün Sumqayıt şəhər poliqonuna daşınır. Sumqayıt şəhər bulvar ərazisindəki dənizdən gələn iy qoxuya səbəb havaların isti keçməsi ilə əlaqədar dənizin geri çəkilməsi və dənizə uzadılmış iki ədəd danbanın arasında qalan suyun hərəkət etməməsi, durğun vəziyyətdə qalması yosunların çürüməsinə görə yay mövsümündə spesfik qoxunun yranmasına səbəb olmuşdur. Nümayəndə əlavə olaraq onu da bildirdi ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsi hüquqi şəxs ststusuna malik olmasa da, İdarə barəsində hüquqi şəxs kimi protokol tərtib edilmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Sumqayıt Sukanal idarəsinin nümayəndələri X12 və X1 Günay Fizuli qızının izahatına uyğun izahat verdilər. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsnində inzibati xəta haqqında iş üzrə icraat aparılan idarənin nümayəndələrinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Sumqayıt Sukanal idarəsinin barəsində İXM-nin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş “Sumqayıt şəhər Təmizlik Departament” və Sumqayıt Sukanal idarəsi arasında bağlanmış 10.08.2021-ci il tarixli müqavilədən görünür ki, “Sumqayıt şəhəri Təmizlik Departamenti" MMC ilə Sumqayıt Su Kanal İdarəsi arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli 00305 saylı müqavilə əsasında Sumqayıt Su Kanal İdarəsininin təmizləyici qurğularından 2021-cu ilin iyun ayı ərzində 186 m3 həcmində tullantı Azərsu ASC-yə məxsus Kamaz markalı ** JE *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla daşınaraq zərərsizləşdirmək üçün "xxxx" MMC-nin tullantı poliqonuna təhvil verilmişdir. Zərərsizləşdirməyə təhvil verilən tullantıların zərərsizləşdirilməsinin xidmət haqqı müqavilə əsasında müəyyən edilməsi qeyd olunmuşdur. (186m3 x 5.5=1.023,00 manat) ƏDV ilə. İş materialına əlavə olunmuş “Sumqayıt şəhər Təmizlik Departament” və Sumqayıt Sukanal idarəsi arasında bağlanmış 10.08.2021-ci il tarixli müqavilədən görünür ki, “Sumqayıt şəhəri Təmizlik Departamenti" MMC- ilə Azərsu ASC Sumqayıt Su Kanal İdarəsi arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli 00305 saylı müqavilə əsasında Sumqayıt Su Kanal İdarəsininin təmizləyici qurğularından 2021-cu ilin iyul ayı ərzində 172 m3 həcmində tullantı Azərsu ASC-yə məxsus Kamaz markalı ** JE *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla daşınaraq zərərsizləşdirmək üçün "xxxx" MMC-nin tullantı poliqonuna təhvil verilməsi qeyd olunmuşdur. Zərərsizləşdirməyə təhvil verilən tullantıların zərərsizləşdirilməsinin xidmət haqqı müqavilə əsasında müəyyən edilməsi qeyd olunmuşdur. (172m3 x 5.5=946,00 manat) ƏDV ilə. İş materialına əlavə olunmuş 13 iyun 2011-ci il tarixli təsdiq olunmuş əsasnaməsindən görünür ki, Sumqayıt Sukanal idarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.05.2011-ci il tarixli, 68 nömrəli qərarı əsasında və Şəxs ASC-nin 11.05.2011-ci il tarixli, 40 saylı əmri ilə Şəxs ASC-nin struktur vahidi kimi yenidən təşkil edilmişdir. Əsasnamədə Sumqayıt Sukanal idarəsinin hüquqi şəxs statusuna malik olmayan qurum kimi fəaliyyət göstərməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsinin 13 iyun 2011-ci il tarixli təsdiq olunmuş əsasnaməsində Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsi hüquqi şəxs statusuna malik olmayan qurum kimi fəaliyyət göstərir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsi barsəində hüquqi şəxs qismində protokol tərtib etmişdir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsi barəsində tərtib olunmuş 05 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməli və Şəxs Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsi barəsində İXM-nin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal idarəsi barəsində MN № ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar