Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2513/2023 27.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 oktyabr 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarını ləğv etməklə barəsində AR İXM-nin 264.0.1-ci maddəsi ilə olan materiala xitam verilməsi və cərimənin silinməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan belə aydın olur ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən yeməkxana və avtoyuma məntəqəsində formalaşan çirkab tullantı sularının təmizlənmədən acıdərə kanalına axıdılması ilə bağlı protokol tərtib olunmuş və həmin protokol əsasında hazırk qərar qəbul edilmişdir. Belə ki, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixə kimi “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmış və həmin müqavilə əsasında bu işlərin görülməsi öhdəliyini "xxxx" ASC öz üzərinə götürmüşdür. Göründüyü kimi bu müqavilə müddəti bitməmiş və hələ də qüvvədədir. Lakin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bu faktları araşdırmadan əsassız cərimə tətbiq etməklə sahibkarlıq fəaliyyətinə əngəllər yaradır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 131.1ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 27 oktyabr 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmədə şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək şikayətinə uyğun izahat verərək bildirdi ki, o, fərdi sahibkardır. O, göstərilən ünvanda kafe və avtoyuma məntəqəsi işlədir. Onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci ildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında kanalizasiya xidmətlərinin göstərilməsi öhdəliyini "xxxx" ASC öz üzərinə götürmüşdür. Həmin ərazidə kanalizasiya xətti yoxdur. Bu səbəbdən Polad Əliyev özünün heç bir qayda pozmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında şikayəti qəbul etməyərək bildirdi ki, araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən obyektdəki çirkab suları Acıdərə kanalına axıdılır. Acı dərə kanalı isə "xxxx" ASC-nin balansında deyil. Həmin kanal dənizə açılır. Müqaviləyə görə çirkli suya görə ödəniş edilir, lakin çirkab su normadan artıq olduğu zaman əlavə ödənişlər nəzərdə tutulur. Sabibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vəzifəli şəxs kimi nəzərə alınır və bu qaydada cərimə edilir. Qeyd olunanlara əsasən nümayəndə şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin X3 ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən cərimə məbləği “X4 üzrə Dövlət Fondu”na ödənilməlidir. “X4” haqqında Azərbaycan Resublikası Qanununa əsasən müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər X4, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir (37). Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı X4 üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir (41). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 228,230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 266.5– 266.13, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 11 oktyabr 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın ləğvinə əsas verə biləcək sübut növləri şikayətçi X5 tərəfindən məhkəməyə təqdim olunmamışdır. X5 şikayətində onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsaslanmışdır. Həmin müqavilənin 5.1-ci bəndində göstərilir ki, müsəssisə istehlakçının kanalizasiya sisteminə axıtdığı tullantı sularının tərkibinə (analizlər vasitəsilə) daim nəzarət edir. Limitdən artıq çirkləndirici maddələrin tullantı sularının tərkibində ətraf mühitə axıdılması aşkar edilərsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli, 122 nömrəli Qərarına uyğun olaraq istehlakçıdan əlavə “Çirkləndirici maddələrin axıdılmasına görə ödəmə” alınır. Göründüyü kimi X3 məxsus kafe və avtoyuma məntəqəsi ayrıca kanalizasiya sistemi və ya su təmizləyici qurğularla təchiz olunmamışdır. Həmin obyektlərdə istifadə olunan su birbaşa “Acıdərə” kanalına axıdılır. İXM-də göstərilmişdir ki, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir (264.0.1). Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi Polad Əliyev hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur və özünə məxsus sahibkarlıq obyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini həyata keçirir. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi qanuni və əsaslıdır, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 11 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* saylı, 11 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2513/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2513/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver