Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2774/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İş№ 3(060)-2774/2021 QƏRAR Sumqayıt şəhər Məhkəməsi 16 sentyabr 2021-ci il Sumqayıt şəhəri Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Sumqayıt şəhər Pİ-nin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi X2 Şöbəsi tərəfindən ‘‘ANTİK İNŞAAT’’ MMC barəsində 19 may 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ‘‘ANTİK İNŞAAT’’ MMC hüquqi şəxsin mülkiyyətində və ya dövlət qrumunun istifadəsində olan “MERCEDES” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı Z.Əliyeva küçəsində idarə edərək 08.03.2021-ci il tarixdə 346.1-ci maddəsinin qaydasını pozaraq idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan Sumqayıt şəhər Polis İdarəsi X2i şöbəsinin "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsi tamamilə əsassız və ədalətsizdir. Sumqayıt şəhər Polis İdarəsinin X3 tərəfindən "xxxx" MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri barədə məlumat alınması üçün rəsmi sorğu göndərilməmişdir. Poçt qəbzində qəbzi qəbul etməsinə dair imza atmış Sərxan Xudulu adlı şəxs "xxxx" MMC-də ümumiyyətlə işləməmişdir. Bütün bunları nəzərə alaraq ‘‘ANTİK İNŞAAT’’ MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi X2 Şöbəsi tərəfindən ‘‘ANTİK İNŞAAT’’ MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347.1, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan zərfdən sözügedən sorğunun 27.03.2021-ci il tarixdə Sərxan Xudulu adlı şəxs tərəfindən qəbul edilməsi müəyyən olunmasına baxmayaraq “reyestr üzrə məktubların göndərilməsi barədə” siyahıdan Sərxan Xudulu adlı şəxsin istifadəsində olan nəqliyyat vasitəsinin "xxxx" MMC-yə aid olmadığı müəyyənləşdirilmişdir. İş materiallarında olan Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən Sumqayıt şəhər Məhkəməsinin hakimi cənab Rövşən Xəlilova ünvanlanmış ərizədə Sərxan Xudulu adlı şəxsin onların Cəmiyyətində işləmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdətutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarında ‘‘ANTİK İNŞAAT’’ MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi X2 Şöbəsi tərəfindən ‘‘ANTİK İNŞAAT’’ MMC barəsində 19 may 2021-ci il tarixli, AP ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhəri, 9-cu Tel: (018) 644-57-23 mikrorayon, bina 64 Faks: (018) 644-37-29 İş № 3(060)-2774/2021 16 sentyabr 2021-ci il. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs – ‘‘ANTİK İNŞAAT’’ MMC-yə Sumqayıt şəhəri, 2-ci mkr., ev 15/21a, mənzil 23 İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi X2 Şöbəsi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Rustavi küçəsi, 13/31 Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2774/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarının surəti Sizə göndərilir. Qoşma: qərarın surəti 02 vərəqdə Hakim Rövşən Xəlilov № 3(060)-2774/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Sumqayıt şəhər Məhkəməsinin binasında, 16 sentyabr 2021-ci il tarixdə Hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Pİ-nin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:05-də başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxmalı olduğu işi elan edir. Məhkəmə iclasının katibi sədrlik edənin göstərişi əsasında məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmiş, lakin protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən proses iştirakçısından protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə dair fikrini soruşur. Etiraz daxil olmadı. Sədrlik edən yerində müşavirə edərək qərara alır: məhkəmə iclası protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 nümayəndəsinin iştirakı olmadan davam etdirilsin. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsinin səlahiyyətlərini yoxlayır: Nümayəndə, ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsi, direktor vəzifəsində işləyən, 02.09.2021-ci il tarixli etibarnamə üzrə çıxış edir. (etibarnamə işə əlavə olunmuşdur). Sədrlik edən bildirir ki, işə hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə baxılır və onlara etiraz etmək hüququnu proses iştirakçısına izah edir. Hakimə və məhkəmə iclasının katibinə etiraz olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında proses iştirakçısına onun prosessual hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ‘‘ANTİK İNŞAAT’’ MMCnin nümayəndəsi: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən proses iştirakçılarına iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsi: - ‘‘Sumqayıt Regional Elektrik Şəbəkəsi’’ MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tanışam, əlavəm yoxdur. Sədrlik edən işi məruzə etdikdən sonra proses iştirakçısının mülahizəsini aydınlaşdırır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsi: - İnzibati xəta haqqında protokolda və işin digər materiallarında göstərilən hallarla razılaşmıram. Sədrlik edən proses iştirakçısına hazırki işin mahiyyəti üzrə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsinin izahatı: -Məhkəməyə bildirirəm ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan Sumqayıt şəhər Polis İdarəsi X2i şöbəsinin "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsi tamamilə əsassız və ədalətsizdir. Sumqayıt şəhər Polis İdarəsinin X3 tərəfindən "xxxx" MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri barədə məlumat alınması üçün rəsmi sorğu göndərilməmişdir. Poçt qəbzində qəbzi qəbul etməsinə dair imza atmış Sərxan Xudulu adlı şəxs "xxxx" MMC-də ümumiyyətlə işləməmişdir. Bütün bunları nəzərə alaraq ‘‘ANTİK İNŞAAT’’ MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Əlavə və suallar olmadı. Sədrlik edən işin hallarının tədqiqinin qurtardığını və məhkəmə çıxışlarının başlanıldığını elan edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘ANTİK İNŞAAT’’ MMC-nin nümayəndəsinin çıxışı: - ‘‘ANTİK İNŞAAT’’ MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir, onun məzmununu, ondan apellyasiya şikayəti və ya protesti vermə qaydası və müddətini, məhkəmə iclas protokolu ilə tanış olmaq və protokola dair qeydlər vermə qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. SƏDRLİK EDƏN: KATİB:
Məhkəmə qərarları › İş №3(060)-2774/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2774/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver