Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2847/2023 19.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektrou, polis baş serjantı X3, Qərardan şikayət vermiş şəxs Piriyev Qəhrəman Məhəmməd oğlunun iştirakı ilə, Piriyev Qəhrəman Məhəmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Piriyev Qəhrəman Məhəmməd oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində ona məxsus olan “X7” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Azərbaycan prospekti 2-dec küçəsi ilə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobilini idarə edən X3 (yol patrul xidməti inspektoru polis serjantı) “saxla” əmri ilə avtomobilini dayandırmışdır. Polis serjantı X1 səbəbini izah edərək sənədlərini tələb etmişdir. Guya o, Azərbaycan prospekti ilə hərəkət edərkən 1.1,1.3 və 1.11 üfuqi nişanlanma xətlərinin tələbini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli hərəkət zolağına keçirib nəqliyyat axınının əksinə hərəkət etmişdir. O isə polis serjantı Abbasov Vüsala etiraz edərək bu xəttin tələbini pozmadığını bildirmişdir. Onun etirazını dinləmədən və qayda pozuntusunu sübut etmədən Sumqayıt Dövlət Yol Polis İdarəsinin inspektoru polis serjantı X4 İXP ******* nömrəli protokol tərtib etmişdir. Bu inzibati protokolu törətmədiyini nəzərə alaraq barəsində tərtib olunmuş İXP ******* saylı inzibati protokola yenidən obyektiv şəkildə baxılaraq araşdırılmasını xahiş edir. Azərbaycan prospekti 2-dec küçəsində yerləşən şəhər kameralarından və ya yol patrul xidməti inspektorunun avtomobilində (**-YP-***) yerləşən kamera görüntüsünə onun iştirakı ilə baxılmasına şərait yaradılsın. Əgər həqiqətən qayda pozuntusu sübut olunarsa o, inzibati məsuliyyət daşımağa hazırdır. Əks halda polis serjantı X4 tərəfindən verilmiş qərar ləğv edilsin. Məhkəmə iclasında çıxış edən şikayətçi Piriyev Qəhrəman Məhəmməd oğlu şikayət ərizəsini müdafiə edərək izahatında bildirdi ki, yolun əks istiqamətinə keçərək hərəkət etməsinə görə barəsində protokol tərtib edilmişdir, həmin protokolla razı deyildir. Belə ki, o, ötmə əməliyyatını pozmuşdur, lakin ona səhv cərimə yazılmışdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Sumqayıt ŞPİ DYPŞ YPX inspektrou, polis baş serjantı X4 bildirdi ki, sürücü tam olaraq yolun qarşı hərəkət zolağına keçərək hərəkət etmişdir. Qeyd olunan hal tərəfindən təqdim edilmiş videogörüntüdə əks olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Piriyev Qəhrəman Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarında olan təqdim edilmiş videogörüntülərdən görünür ki, Azərbaycan prospekti 2-dec küçəsində hərəkət edən “X7” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək ötmə əməliyyatı etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən “Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir”. “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin V hissəsinin 1-ci bəndinə əsasən Ötmə nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. Göründüyü kimi Piriyev Qəhrəman Məhəmməd oğlu nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Piriyev Qəhrəman Məhəmməd oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Piriyev Qəhrəman Məhəmməd oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Piriyev Qəhrəman Məhəmməd oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən Piriyev Qəhrəman Məhəmməd oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2847/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2847/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver