Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2924/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X6, Qərarından şikayət verilmiş şəxsin nümayəndəsi-X1 iştirakı ilə, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X9 və Təbiii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 18.08.2021-ci il tarixli ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X9 və Təbiii Sərvətlər İdarəsinin 18.08.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X10 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X9 və Təbiii Sərvətlər İdarəsitərəfindən tərtib edilmiş ******* saylı 18 avqust 2021-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X9 və Təbiii Sərvətlər İdarəsitərəfindən tərtib olunmuş 18.08.2021-ci il tarixli ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X10 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xətalar haqqında 05.08.2021-ci il tarixli, ******* saylı protokola müvafiq Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi rəhbər tutulmaqla barəsində 2500 manat cərimə olunması ilə bağlı 18 avqust 2021-ci il tarixli ******* nömrəli qərar tərtib edilmişdir. Qərar rəsmi olaraq 25 avqust 2021-ci il tarixdə ona təqdim edilmişdir. Tərtib olunmuş protokol onun iştirakı və xəbəri olmadan yazılmış və protokolu tərtib edən şəxslər tərəfindən imza yerinə imza etməkdən imtina etdi sözləri qeyd edilmişdir. Tərtib edilmiş protokolda adı qeyd olunmuş 4 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 ilə 04 avqust 2021-ci il tarixdə sözügedən ərazilərə baxış keçirilərkən daşma xətt9indən suyun dənizə axıdılması faktı aşkar edilməmişdir. Buna baxmayaraq 05 avqust 2021-ci il tarixdə ona məlum olmayan və onun iştirakı olmadan çəkilmiş əraziyə aid olunan fotoşəkillər və tərəfindən imzalanması üçün protokol tərtib olunmuşdur. Həmin protokol onun iştirakı olmadan tətib olunduğundan və həmin vaxt daşma xəttindən suyun dənizə axıdılması faktı öz təsdiqini tapmadığından protokola imza etməkdən imtina edərək etirazını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı layihələndirmə və tikinti işlərinin Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsaitin qoyuluşu üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilən Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər tikilən X3 Sexinə yönəldilməsi layihəsi üzrə nəzərdə tutulmuş 2 ədəd çirkab su nasos stansiyasının, pərakəndə şəkildə dənizə axan çirkab suların toplanması və nəqlini təmin edən kollektorun tikintisi 2016-cı ildə başa çatdırılmış və istifadəyə verilmişdir. Kollektorun uzunluğu 14,5 km-dir. Sözügedən ərazidə yerləşən 14 saylı fekal nasos stansiyanın iş prinsipi Duz gölü ətrafında və Novxanı ərazisində formalaşan çirkab suların nasoslar vasitəsilə d1600mm kollektora ötürülməsidir. Nasosxanada 4 ədəd FLYGT 3153 tipli nasos vardır ki, bunlardan 3-ü işlək, 1-i isə ehtiyatdır. Nasosun gücü 7.5 kvt/saat, 1500 dövr/dəq, məhsuldarlığı Q=200m3/saat, H=25 metr və avtomatik rejimdə işləyir. Ay ərzində ortalama 250000-300000 m3 su vurulur. Ərazidə 110 kva AKSA tipli generator quraşdırılıb və AVR sisteminə qoşuludur. Nasosxanada layihəyə uyğun olaraq daşma quyusu var və d300mm boru vasitəsi ilə dənizə çıxış verilib. Bunun da quraşdırılmasına səbəb əgər leysan yağışlar yağarsa və yaxud nasoslarda, işıq sistemində, generatorda gözlənilməyən hər hansı bir qəza baş verərsə, avtomatik olaraq anbardan daşaraq axıdılması. Hal-hazırda bugünə kimi hər hansı bir qəza olmayıb dənizə çirkab su axıdılmayıb. Əgər belə bir hal baş verərsə "xxxx" ASC rəhbərliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və 4 X9 və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinə məlumat verilməsi tərəflərindən həyata keçiriləcəkdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxsin nümayəndəsi-X2 tərtib etdikləri protokola uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X10 şikayətdə göstərilənləri bir daha təsdiq etdi və şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X9 və Təbiii Sərvətlər İdarəsitərəfindən tərtib olunmuş 18.08.2021-ci il tarixli ******* saylı qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə X6 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsinə əsasən 264.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: 264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə; 264.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə; 264.0.3. su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə; 264.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına; 264.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə; 264.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına; 264.0.7. su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görəfiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, X6 şitkayəti əsassız olduğundan rədd edilməlidir. X4 obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektləri istismar etmişdir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də onun göstərdikləri inzibati xətanın baş verməməsi qənaətinə gəlməyə əsas deyildir. Şikayətçinin mübahisələndirdiyi əsas məsələlər prosessual məsələlərdir: izahatının alınmaması və işə baxılarkən ona məlumat verilməməsi, iştirakının təmin edilməməsi. Məhkəmə tərəfindən bu hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə ona məlumat verilmişdir. Məhkəməyə təqdim edilən sənədlərin surətləri ilə bu təsdiq edilir. Ona görə də, məhkəmə hesab edir ki, X8 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X9 və Təbii Sərvətlər İdarəsinin 18.08.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2924/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2924/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver