Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2970/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə 24 oktyabr 2024-cü il tarixli 00700-00230/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmmasına baxmayaraq protokolu tərtib etmiş orqanın və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC xx.xx.2024-cü il tarixində çəkisi 24068 kq olan “mis ərintiləri – anod” yükü Sumqayıt Gömrük İdarəsində **********6457 sorğu nömrəli gömrük bəyannaməsi ilə “xaricdə emal” xüsusi gömrük proseduru altında bəyan edilərək rəsmiləşdirilmişdir. Xaricdə emaldan sonra hasilat norması çıxılmaqla 24049,24 kq kimi müəyyən edilmiş “mis ərintiləri – anod” yükünün xaricdə emal əməliyyatlarından sonra xx.xx.2024-cü il tarixli **********4878 sorğu nömrəli, **********6291 sorğu nömrəli və **********6457 sorğu nömrəli gömrük bəyannamələri ilə çəkisi 23972, 25 kq olan “saflaşdırılmış misdən katodlar” halında emal məhsulları gömrük ərazisinə daxil olmuş, lakin xaricdə emal müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq emaldan sonra çəkisi 76,99 kq olan emal məhsulu müəyyən edilmiş müddət ərzində təkrar idxal edilməmişdir. Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 18000/012/003995 nömrəli cavab raportunda 77,99 kq çəkidə emal məhsulunun təxmini dəyəri 707,30 ABŞ dolları müəyyən edilmiş və çəkidə 76,99 kq olan mal xaricdə emal xüsusi gömrük prosedurundan deyil, ixrac gömrük prosedurunda rəsmiləşdirilsəydi hasilat norması hesablanmadan 77,05 kq mis ərintiləri-anod halında emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 539,35 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük yığımları 30 AZN və ixrac gömrük rüsumu isə 91,62 AZN hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 497-ci maddəsinə əsasən Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinin 1-ci bəndinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Niton MMC-nin məsuliyyətə cəlb edildiyi maddələr üzrə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya Azərbaycan Respublikasının İXM-in 497-ci maddəsi olması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 497-ci maddəsi ilə inzibati xətanın bilavəsitə obyekti olan 707.30 ABŞ dolları olan malın dəyərinin otuz faizi, yəni 212.19 (iki yüz on iki ABŞ dolları, on doqquz cent) (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatının məzənnəsi ilə) məbləğində inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497 və 505-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 497-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 707.30 ABŞ dolları olan malın dəyərinin otuz faizi, yəni 212.19 (iki yüz on iki ABŞ dolları, on doqquz cent) (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatının məzənnəsi ilə) məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya bir başa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2970/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2970/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver